İran elm təməllilərin gücünə söykənərək və gənc nəslin əli ilə 50 gömrük idarəsini yerli istehsal olan yük maşını rentgen aparatları ilə təchiz edib.
Son 18 il ərzində İranda gömrüklərə yük maşını rentgen aparatları quraşdırılıb. Bu cihaz görüntü keyfiyyəti və radiasiya səviyyəsi üzrə beynəlxalq standartlara malikdir. Gömrüklərin daxili istehsal olan bu cihazlarla təchiz olunması 3.5 milyon avro valyuta qənaətinə səbəb olub.
Qeyd etmək lazımdır ki, yük maşını rentgen aparatı rentgen şüalarından istifadə etməklə nəqliyyat vasitələrini və yükləri yoxlayır. Bu sistemdən yük maşınlarını, minik avtomobillərini və həmçinin konteynerləri skan etmək üçün istifadə edilir.
Rentgen şüaları rentgen süalarına həssas olan elementlər vasitəsi ilə müəyyən olunur ki, bu da yüksək tutumlu yoxlamanı təmin edir. Nəqliyyat vasitələrini yoxlamaq üçün istifadə olunan kiçik dozalı rentgen şüalarına malik texnologiyadan istifadə etməklə kabin sürücü ilə birlikdə skan edilə bilər.
Bu cihaz yoxlama həyata keçirilən keçid məntəqələri, hava limanları, sərhəd keçid məntəqələri, nəqliyyat vasitələrinin buraxılış məntəqələri, gömrüklər və.s kimi məkanlarda istifadə edilir. Bu sistem gömrük məqsədləri, nəqliyyat vasitələri və yüklərin yoxlanılmasının təhlükəsizliyi üçün lazımdır.