İnqilabdan öncə texnologiyanın inkişafı üçün heç bir ixtisaslaşmış quruma sahib olmayan İran, indi müxtəlif sənayelərdə texniki fənnə yiyələnib və elm təməlli məhsulların ixracat mərhələsinə çatıb.
İran Pəhləvi dövründə texnologiya və elm idxalçısı idi. Neft-qaz, neft-kimya, tibb, informasiya texnologiyası və hətta kənd təsərrüfatı kimi bir çox sahələrlə bağlı məhsulların çoxunu idxal etməyə möhtac idi. Halbuki, onun, ölkənin elitasına etimad edərək həmin məhsulları istehsal etmək qabiliyyəti vardı. İran, inqilabdan sonrakı illərdə elm və texnologiyanın inkişafı ilə əlaqədar xüsusi qurumlar yaratmaq, ölkə elitasına dəyər vermək və daxili bacarığa arxalmaqla bəzi sahələrdə özünü təmin etmə həddinə çatıb, bir çox sahələrdə də əhəmiyyətli dərəcədə texnoloji inkişaflara nail olub.
Elm və texnologiya inqilabdan sonra strateji qurumların vasitəsi ilə çiçəkləndi
Əgər texnologiya və ya hər hansı bir sahə ilə bağlı ixtisaslaşmış qurumlar olmazsa, fərdi və pərakəndə şəkildə atılan addımlar yaxşı nəticə verməz. Elmi qurumlar alimlər, tədqiqatçılar və sənətkarlar arasında əlaqə yaradaraq texnologiya və onun inkişafı üçün münasib zəmin yaradırlar.
İslam İnqilabı Rəhbəri İnqilabın ikinci addımı bəyanatında bu məsələyə toxunaraq bildirmişdi ki, İran, inqilabdan öncə elm ə texnologiya yaradıcılığında sıfır idi, sənayedə montaj, elmdə isə tərcümədən başqa hünəri yox idi. İslam inqilabının qələbəsindən sonra ölkədə elm, tədqiqat və texnologiyanın inkişafı məqsədi ilə müxtəlif elmi təşkilatlar formalaşdı. Bu təşkilatlar İranın elmi inkişafında mühüm rol oynadılar. Bu təşkilatlardan Elmi Müavinlik, Royan Tədqiqat İnstitutu və Milli Elit Fonduna işarə etmək olar.
Elm təməlli məhsulların ixracatı və dünyada 4-cü yer
İnqilabdan sonra formalaşan qurumlardan biri birbaşa prezidentin nəzarəti altında olan Elmi Müavinlikdir. Bu müavinlik 2006-ci ildə və ilk olaraq Prezident yanında Elm və Texnologiya Müavinliyi adı ilə yaradıldı. Sonralar “Elm Təməlli İqtisad” da bu qurumun adına əlavə olundu.
Elm və Texnologiya Müavinliyi elm, sənət və cəmiyyət arasında effektiv əlaqə yaratmaq məqsədi ilə təsis olunub. Bu qurum elmi və yerli texnologiyaların dəstəyi ilə biliyin kommersiyalaşdırılması və tədqiqat ideyalarının texnoloji məhsullara çevrilməsi üçün münasib zəmin yaratmalıdır.
Adı çəkilən müavinliyin dəstəyi ilə elm təməlli şirkətlərin sayı 10 mini keçib və elm təməlli məhsulların çoxu ixracat mərhələsinə çatıb. Beləki, İran Ticarətin İnkişafı Təşkilatının Baş direktoru Dehnəvinin sözlərinə görə, 2022-ci ildə elm təməlli şirkətlər ölkənin ixracat çəkisinin 2.6%-ni və ümumi dəyərinin 5%-ni öz adına yazdırmağı bacarıblar.
Həmçinin İran nanotexnologiya sahəsində aparıcı ölkələrdən biridir və o, bu sahə üzrə dünyada 4-cü yeri tutmağı bacarıb. Bu uğur Elmi Müavinliyin mərkəzlərindən biri olan Nano İnkişaf Mərkəzinin tədbirləri sayəsində əldə edilib. Çünki bu mərkəz təsis olunmamışdan öncə İran dünyada 58-ci yerdə idi.

Elitaların himayəsi üçün İnqilab Rəhbərinin cəlbedici ideyası
Ölkə elitasının problemləri ilə məşğul olmaq üçün fond yaradılma ideyası ilk dəfə İnqilab Rəhbəri tərəfindən 2004-cü ilin Oktyabr ayında bəzi akamdemik elita ilə görüşü zamanı səsləndirilib. Təbii ki, o, bundan uzun müddət əvvəl də belə bir fondun yaradılmasının vacibliyini bildirmişdi.
Milli Elit Fondu İnqilabın Ali Rəhbərinin təkidləri çərçivəsində 2004-cü ildə formalaşdı.
Milli Elit Fondunun əsasnaməsi 2005-ci ilin İyun ayında Ali Mədəni İnqilab Şurası tərəfindən təsdiq edilib və fondun fərmanları isə 2006-cı ilin Aprel ayında o vaxtkı prezident tərəfindən verilib.

İdeyaları texnoloji məhsullara çevrimək üçün məkan
İranda ilk elm və tədqiqat şəhərciyinin yaradılması 1992-ci ilə təsadüf edir. 1999-cu ildə inkişaf mərkəzinin tikintisi həyata keçirilib və 2000-ci ildə isə 17 texnologiya və tədqiqat bölməsinin yerləşdiyi Qədir İnkişaf Mərkəzi işə salınıb. Həmin il Pərdis Texnologiya Parkının yeri ilə bağlı araşdırmalar aparılıb və 2001-ci ildə prezident təsisatına tabe olan parkın yaradılması üçün Pərdis şəhərində bir yer seçilib.
Ali Rəhbərin beynəlxalq işlər üzrə müavini Möhsin Quminin sözlərinə görə, ölkədə açılan ilk elm və texnologiya parkı Ali Məqamlı Rəhbərin birbaşa göstərişi ilə baş tutub. Hazırda ölkənin texnologiya və innovasiya ekosistemində 5 cihaz parkı, 29 regional park, 32 elm və texnologiya şəhərciyi, 13 universitet parkı və 4 özəl park mövcuddur.
Elm və texnologiya parkları ölkənin innovasiya və iqtisadi inkişaf mühərriyidir. Bu məkanlar ideyanın texnoloji məhsula çevrilməsi üçündür.
Elm və texnoloya parklarında indiyə qədər peyk və onun hissələri kimi məhsullar, Eitaa kimi funksional messencerlər, Neşan və Bade Səba kimi platformalar, yüksək texnologiyalı tibbi avadanlıqlar, blokçeyn, yerli kompüter oyunları, neft, qaz və su sənayelərinə aid məhsullar istehsal olunub.

Royan Tədqiqat İnstitutu
Royan tədqiqat İnstitutu 29 May 1991-ci tarixində sonsuz cütlüklər üçün müalicə xidmətlərinin göstərilməsi, çoxalma və sonsuzluq elmləri sahələrində tədqiqat və təhsil məqsədi ilə təsis olunub.
Tehranda IVF mayalanma nəticəsində ilk uşağın doğulması bu tədqiqat institutunun ilk fəxri addımlarından biridir. İranda ICSI mikroinyeksiya üsulu ilə əldə edilən ilk uşağın doğulması da bu təşkilatın yarandığı ilk illərdəki fəxrlərindəndir.

İnnovasiya fabrikləri; texnoloji ekosistemi hərəkətə gətirən mühərriklər
Son illərdə ölkənin texnoloji ekosisteminə ideyaların doğulması, mütəxəssis qüvvələrinin yaradıcılığının inkişafı və nəticə verməsi üçün İnnovasiya fabriki adlı məkan əlavə olunub.

Bir vaxtlar elm sahəsində dünya ölkələrinin bir çoxundan geridə qalan İran, bu gün bəzi elm və texnologiya sahələrində iddialı ölkələrlə nəinki eyni səviyyədə, əksinə onlardan da yüksək yerdə dayanır. Bu irəliləyiş elm və texnologiyanın inkişafı yolunda himayəçi qurumlar olmadan mümkün deyildi. Bu qurumlar ölkənin elm adamları və elitası ilə birlikdə İrana mövcud istedadlara və elitaya olan diqqətsizlikdən yaranan geridə qalmaların böyük bir hissəsini kompensasiya etməyə imkan yaratdı.