Gənc mütəfəkkirlərin və alimlərin festivalı yaradıcılıq mədəniyyətinin yayılması və gənc idea sahiblərinin dəstəklənməsi məqsədi ilə 2024-cü ilin Noyabr ayında keçiriləcək.
“Gənc mütəfəkkirlər və alimlər” festivalı elmi bir tədbir kimi hər il milli və beynəlxalq səviyyədə İranın çox sayda professorlar, mütəxəssislər, mütəfəkkirlər və ali təhsil elitasının iştirakı ilə əsas elm sahələrində, o cümlədən kimya, fizika, biologiya elmləri, geologiya, riyaziyyat, kompüter elmləri (süni intellekt) və ətraf mühit sahələrində keçirilir.
Bu festival innovasiya mühitini rövnəqləndirmək, gənclərə motivasiya vermək və seçilmiş ideaları müəyyənləşdirməklə onların hərəkət yolunu asanlaşdırıb, onları biliyə əsaslanan məhsullar istehsal etmək istiqamətinə yönəltməyə çalışır.
Bu festivalın keçirilməsi ölkənin elmi ictimaiyyətindəki tədqiqatının, gənc elita və ziyalıların bacarıq və imkanlarının göstəricisidir. Hansı ki, bu gənclər davamlı inkişafa yetişmək yolunda səy göstərib, davamlı araşdırma aparırlar.