İranın yerli tədqiqatçıları su və çirkab suların təmizlənməsində nano qabarcıq texnologiyasından istifadə etməklə su çatışmazlığı və su böhranı istiqamətində faydalı addım atmağa müvəffəq olublar.
Su böhranı ölkədə əsas problemlərdən biridir. Su gərginliyi və çökmə səbəbindən su və çirkab suların təmizlənməsinin böyük əhəmiyyəti var. İran şirkətlərindən birinin texnologiyayla bu sahəyə daxil olması ilə böyük həcmdə çirkab suları nano qabarcıqla təmizlənir.
Bu qrup, nano qabarcıqlar və bu texnologiyanın İranda inkişafı üzərində işləyir. Şirkət bu fəaliyyətinə 2018-ci ildə iki fazalı burulğan mikro-nano bubbler nasoslarının əsas məhsulu ilə başlayıb. Əslində, mikro qabarcıqların istehsalındakı yeni üsul bu nasoslardan istifadə etməkdir.
Bu şirkət hal-hazırda müxtəlif sənaye sahələrində ozon, oksigen kimi xüsusi qazların və həmçinin havanın nano qabarcıq şəklində vurulması üzərində işləyir.
Şirkətin baş direktoru Davud Səidi bu şirkətin çirkab suların təmizlənməsindəki texnoloji addımları barəsində deyib: “Bizim şirkətimiz çirkab suların təmizlənməsi sahəsinə daxil olan ilk şirkətlərdən olub və biz böyük həcmdə çirkab sularını təmizləyirik. Su çatışmazlığı və su barədəki məhdudiyyət bu fikrə düşməyimizə və bu istiqamətdə hərəkət etməyimizə səbəb oldu.
Şəhərin çirkab sularından istifadə olunur və bu sular bir neçə mərhələdə təmizlənərək keyfiyyətli su əldə edilir. Ənənəvi sistem olan və çirkab sularını təmizləyən xətlərdən birinin kənarında paralel olaraq müasir nano qabarcıq sistemi ilə flotasiya prosesini həyata keçirmişik.
Bizim əsas auditoriyamız bir çox sənayələrdir. Kağız istehsalında bir-iki sahədə fəaliyyət göstəririk. İstər istehsal olsun, istərsə də təkrar emal. İranda daha çox kağızı təkrar emal edirik.”
Bundan əlavə, bu texnologiya ilə istixanada oksigenin ötürülməsi, xüsusən hidroponikin işlədiyi və əsası su olan yerlərdə suyun yenidən istifadəsi bu şirkət tərəfindən həyata keçirilir.