Elm təməlli şirkətlərdən birindəki yerli mütəxəssislər texnologiyanın köməyi ilə müxtəlif növ quşların kəsilməsini saymaq, ona nəzarət və statistikaya malik olan bir cihaz dizayn edərək istehsal ediblər.
Müxtəlif sahələrdə texnologiyaların lokallaşdırılması məhsulların və xidmətlərin yaxşılaşdırılmasına və həmçinin idxala olan bağlılığın azaldılmasına kömək edə bilər. Qonabadidəki elm təməlli şirkətlərdən biri tərəfindən quşların kəsilməsini sayan cihazın istehsalı ölkədə ət istehsalı və istehlakının idarəçiliyi ilə lüzumsuz kəsimlərin, ət və zülal çatışmazlığının qarşısının alınmasına və qida təhlükəsizliyinin təmin olunmasına kömək edə biləcək nailiyyətlərin bir nümunəsidir.
Bu elm təməlli şirkətin direktoru deyib: Bu cihaz quş kəsim məntəqələrində kəsim sayının planlaşdırılması və monitorinqi, nəzarət və stastistikası, həmçinin ölkə səviyyəsində lüzumsuz kəsimlərin, ət və zülal çatışmazlığının qarşısının alınması məqsədi ilə istehsal edilib.
Mehdi Şeydayi sözlərinin davamında deyib: Toyuqların kəsilməsinin hesablanması, quş kəsim məntəqələrində monitorinq cihazlarının quraşdırılması və məlumatların kənd təsərrüfatı cihadı, heyvandarlıq və.s kimi idarələrə göndərilməsi istehlak olunan ət, quş yemi və kənd təsərrüfatına dəstək baxımından strateji və mühüm rol oynaya bilər.
O, həmçinin bildirib: Toyuq, hinduşka, bildirçin, dəvəquşu və.s kimi müxtəlif kəsimləri sayma qabiliyyətinə malik olan bu cihaz hal-hazırda Xorasan Rəzəvi vilayətində 3 kəsim məntəqəsində quraşdırılaraq istifadəyə verilib.
Şeydayi əlavə olaraq bildirib: Bu cihaz ağıllı kəsim məntəqəsi və soyuducu anbar xətlərinin avtomatlaşdırılmasına, quşlar kəsildikdən sonra da qablaşdırma və soyuducu anbar mərhələləri üçün temperatur ölçən cihazlara və həmçinin quşların təyinat yerinə daşınması üçün xüsusi onlayn temperatur ölçmə cihazlarına malikdir.