İslam İnqilabı Keşikçilər Korpusunun Ali Baş Komandirinin göstərişi ilə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə çox sayda esmines əleyhinə yeni qanadlı raketlər əlavə edilib.
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin ictimai əlaqələr şöbəsinin hesabatına əsasən, İslam İnqilabı Keşikçilər Korpusunun Ali Baş Komandirinin göstərişi ilə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə çox sayda esmines əleyhinə yeni qanadlı raketlər əlavə edilib.
Bu raketlər yeni imkanlara, o cümlədən yüksək partlayış qabiliyyətli və izlənilməz döyüş başlığına malikdir.
Bu raketlər, düşmən esmineslərinə dəydikləri zaman onlara ciddi şəkildə ziyan dəyməsinə və onların batmasına səbəb olan qanadlı raketlərdəndir.
Bundan əlavə, bu qüvvələrin döyüş təşkilatına müxtəlif növ uzaq və orta mənzilli raket sistemləri, meşə, döyüş, kəşfiyyat və məhvetmə dronları, elektron döyüş sistemləri, dəniz radarları və döyüş texnikası da əlavə edilib.
2654 ədəd sistemdən yalniz 210 ədədi nümayiş olunub və mühafizə prinsiplərinə riayət olunmasına görə digər strateji sistemlərin nümayiş edilməsi mümkün olmayıb.
Bu sistemlər SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin ən müasir yerüstü və yeraltı silahlarındandır.