İranın nanotexnologiya şirkətlərindən birinin baş direktoru hal-hazırda ölkədəki 100-dən çox istixananın nano qabarcıq texnologiyasından istifadə etdiyini bildirərək, bu şirkət tərəfindən ölkənin ikinci ən böyük hidroponik istixanasının nano qabarcıq sistemi ilə təchiz olunduğu haqda məlumat verib.
Suyun və orada olan oksigenin udulmasını artırmaq olduqca əhəmiyyətlidir və bu, su itkisinin qarşısın alır. Həmçinin o, funqisidlərin istifadəsini azaldır və beləliklə də, məhsulun keyfiyyətinin və kəmiyyətinin artmasına səbəb olur. Hidroponik istixanalarda nano qabarcıq sisteminin quraşdırılması bu işi həyata keçirir.
Nanotexnologiya şirkətlərindən biri hal-hazırda ölkənin 100-dən çox istixanasında bu sistemi quraşdırıb və bu sistem bu yaxınlarda ikinci ən böyük hidroponik istixanasında quraşdırılıb.
Bu şirkətin baş direktoru Hüseyn Kazeruni deyib: 25 hektar əraziyə sahib olan bu istixana Lorestan vilayətində yerləşən və pomidor yetişdirilməsinə həsr olunan İranın ikinci ən böyük hidroponik istixanasıdır. Nano qabarcıq sisteminin quraşdırılması ilə bu istixananın suyunda həll olunan oksigenin miqdarı 15 ppm-yə çatıb.
O, bu şirkətin nano qabarcıq texnologiyasının əhatə dairəsində olan istixanaların coğrafi genişlənməsindən danışıb və əlavə edib: İndi Tehran, Əlborz, Mazandaran , Ərdəbil, Gülüstan, Xuzistan, Kirman və İsfahan kimi əyalətlərin bir çoxundakı istixanalarda Sirac şirkətinin nano qabarcıq texnologiyasından istifadə olunur və bu şirkətin avadanlıqlarının əhatə etdiyi coğrafi diapazon genişlənir.
İstixanalarda istifadə olunan suda nano qabarcıqdan istifadə etməyin iki təsiri var; birincisi, nano qabarcığın suda həll olunmuş oksigeni artırması, ikincisi isə sudakı oksigenin ölçülərini bitkinin kökü vasitəsilə asanlıqla sovrula biləcəyi həddə qədər kiçiltməsidir. Bununla da, yığılan məhsulun miqdarı artır, funqisidlərin istifadəsi olduqca azalır və həmçinin kök hissəsində olan patogenlərin miqdarı azalır. Digər tərəfdən də su borularında yosunların və bioloji birləşmələrin miqdarı minimum həddə çatır və nəhayətdə məhsulun keyfiyyəti yüksəlir.
O, gələn həftə Mazandaranda forel balığının yetişdirilməsi üçün nano qabarcıq sisteminin quraşdırılacağını bildirib. Həmçinin gələn ay Yəzd şəhərindəki təmizləyici qurğuda nano qabarıq hazırlama sistemi quraşdırılıb, işə salınacaq.
Kazeruninin sözlərinə görə, bu şirkət kənd təsərrüfatı, akvakultura və suyun təmizlənməsi sahələrində nano qabarcıq sisteminin marketinqi və təqdimatını həyata keçirir. Daha çox diqqət hidroponik istixanalara yönəlib, amma Sirac Nanotexnologiya Şirkəti balıqçılıq və suyun təmizlənməsi sahələrini də ön planda saxlayır ki, yaxın gələcəkdə bu iki sahədə daha çox fəaliyyət göstərsin.
Bu nanotexnologiya şirkəti ixrac sahəsində də fəaldır və Ermənistana, Türkiyəyə, Əfqanıstana və Meksikaya bəzi avadanlıqlar ixrac edib.