Elmlər Akademiyasının rəhbəri iranlı şagirdlərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiyadasındakı qürurlu çıxışlarını təbrik edərək, deyib: Bu əziz şagirdlər ölkəyə təkcə baş ucalığı gətirməyiblər, həm də gələcək nəsillər üçün ilham mənbəyi olublar.
Elmlər Akademiyasının rəhbəri bildirib: Böyük sevinc hissi ilə Beynəlxalq Astronomiya və Astrofizika Olimpiyadasında böyük müvəffəqiyyətlə qızıl medallar qazanan iranlı şagirdləri təbrik edirəm. Bu parlaq uğur həmin şagirdlərin səylərinin, əzmkarlıqlarının və misilsiz istedadlarının göstəricisidir.Bu əziz şagirdlər ölkəyə təkcə baş ucalığı gətirməyiblər, həm də gələcək nəsillər üçün ilham mənbəyi olublar. Onlar öz səyləri və əzmkarlıqları ilə göstəriblər ki, heç bir məqsəd əlçatmaz deyil.
Astronomiya Olimpiyadasında iştirak edən iranlı şagirdlərdən ibarət komanda 5 qızıl medal əldə etməklə, 17-ci Beynəlxalq Astronomiya və Astrofizika Olimpiyadasında 1-ci yeri tutub.
İran şagirdləri komandasının üzvləri olan Arya Kerdari, Arvin Rəsulzadə, Hənnanə Xurrəmdəşti, Məhəmməd Mehdi Keşavərzi və Əli Naderi Lordcani İrana 1-ci yerin kubokunu qazandırıblar.
Bu yarışlar 17-27 Avqust tarixlərində IOAA təşkilatı tərəfindən Braziliyada keçirilib və yarışlarda dünyanın 57 ölkəsindən olan 250-dən çox şagird iştirak edib.