İran texnoloqları qan şəkəri sensorlarının istehsalının əsası olan bir dəfəlik elektrodlar hazlrlayıblar və karbon nanomateriallarından istifadə etməklə istehsal olunan sensorlarının həssaslığını artırıblar.
Qan şəkəri cihazında sensorun həssaslıq miqdarının çox əhəmiyyəti var. İran şirkətlərinin birində fəaliyyət göstərən elitalar karbon nanomateriallarından istifadə etməklə qan şəkəri sensorlarının istehsalında əsas rolu olan bir dəfə istifadə edilən elektrodlar hazırlamağa müvəffəq olublar. Onun quruluşunda nanomaterialların istifadəsi istehsal edilən sensorların həssaslığını artırıb.
Bu şirkətin fəal texnoloqu Əlirza Sənəti məhsul barəsində deyib: Bizim məhsulumuz qan şəkəri sensorlarının istehsalının əsası olan zolaq elektrodlardır. Biz xaricdən gətirilən bu texnologiyanı lokallaşdırmağa çalışdıq. Bu elektrodlar hazırkı mərhələdə xam elektrodlar şəklində (çap edilmiş) bazara çıxarılır və onlar tədqiqat mərkəzlərində, kolleclərdə istifadə oluna bilər.
Sənəti bu elektrodların səviyyəsinin dəyişdirilə biləcəyinə toxunaraq deyib: Dəyişilikdən sonra bu elektrodlar qan şəkəri zolaqları, ürək-damar xəstəliklərinin diaqnostikası, qida maddələrinin keyfiyyətinin qiymətləndirilməsi kimi müxtəlif sensor tətbiqləri üçün hazır olurlar. Bu elektrodlar heyvandarlıq və bitkiçilik sənayelərində istifadə oluna bilərlər.
O, sözlərinin davamında deyib: Bu məhsul xəstəliyin, kimyəvi maddələrin, çirkləndirici maddələrin müəyyən edilməsi üçün istifadə oluna bilər. Bizim əsas məqsədimiz sensor tətbiqlərin əsası olan bu məhsulu ölkə daxilində lokallaşdırmaq idi.
Sənəti nanotexnologiyalı bu məhsulun əldə etdiyi üstünlük barədə deyib: Əsas elektrodlarda nanokarbon birləşmələrindən istifadə etmişik. Bu da əksəriyyəti gümüş əsaslı olan xarici ticarət nümunələri ilə müqayisədə bu məhsulun həssaslığını və elektron ötürülməsini çox yuxarı qaldırıb və xərcini çox aşağı salıb. Bununla yanaşı, nano, siqnalların çox artmasına və nəhayətdə, sensorun həssaslığının da artmasına səbəb olur.