İranın elm təməlli şirkətlərindən birinin istehsal etdiyi mikroskoplar virusdan kiçik şeyləri təsvir edə bilir.
İranın elm təməlli şirkətlərindən biri elektron mikroskopların və atom qüvvələrinin istehsalı ilə ölkənin 120 universitetini bu qabaqcıl məhsullarla təchiz edib. İran istehsalı olan bu mikroskopların gücü o qədər yüksəkdir ki, korona virusdan 200 dəfə kiçik olan şeyləri və canlıları təsvir edə bilir.
Şirkətin baş direktoru Seyid Abbas Şahmuradi şirkətin fəaliyyətləri barəsində deyib: Bu şirkətin istehsal etdiyi məhsullar nanotexnologiya, tibb elmləri, biologiya və mühəndislik sahələrindəki tədqiqatçıların istifadəsi üçündür. İndiyə qədər ölkə universitetlərinin 120-ni bu cihazlarla təchiz etməyə nail olmuşuq. Biz 25 ildən çoxdur ki, bu sahədə çalışırıq və 12 ilə yaxındır ki, Pərdis Elm və Texnologiya Parkında yerləşmişik.
Şahmuradi bu şirkətin əsas müştərilərinin universitetlərdən ibarət olduğuna işarə edərək, bildirib: Daxili bazarın dolması ilə əlaqədar fəaliyyətimizin davamı üçün yeganə yol ixracı inkişaf etdirməkdir. İndiyədək bir neçə xarici sərgidə iştirak etmişik. Həmçinin Çində nanotexnologiya laboratoriyasını təchiz etmək üçün şirkətin istehsal etdiyi məhsullar alınıb və yerləşdirilib.
Şirkətin baş direktoru deyib: İstehsal etdiyimiz bio mikroskop mayelərdəki canlı varlıqları təsvir etmə qabiliyyətinə malikdir və biologiya sahəsindəki tədqiqatçılar və tələbələr üçün çox faydalı ola bilər. Bu cihaz virusların və mikrobların araşdırılmasına imkan verir.
O, əlavə edərək bildirib: Bu şirkət tərəfindən istehsal edilən ötürücü mikroskop onda altı nanometr dəqiqliklə yüksək dərəcədə aydınlığa malik görüntülər təqdim etməyə qadirdir. Korona virusun ölçüsü 120 nanometrdir, halbuki, bizim cihazın dəqiqliyi bu ölçünün iki yüzdə biri qədərdir.