İranlı Reyncerlər (xüsusi təyinatlılar) ehtimal edilən təhdidlərlə mübarizə aparmaq, düşməni sürətli və dəqiqliklə məhv etmək üçün “Məsaf-2” silahı ilə təchiz olunublar. Bundan əvvəl isə “G3” fərdi silahından istifadə olunurdu.
İran Ordusunun Quru Qoşunlarının Əməliyyat Komandirinin müavini Kərim Çeşək bu qüvvələrin ölkənin qərbindəki təlimləri zamanı açıqlama verərək bildirib ki, bu təlimlərdə istənilən nəticəni əldə etmək üçün bu silahın yüksək imkanlarından bəhrələnmək məqsədi ilə təşkilatın “G3” silahları “Məsaf-2” silahları ilə əvəz edilib.
Məsaf fərdi silahı fərqli xüsusiyyətlərə malik iki nəsildə dizayn olunaraq istehsal edilib. Ordunun Quru Qoşunlarının komandir müavinin sözlərinə görə, Quru Qoşunlarının Sürətli Cavab Bölmələri “Məsaf-2”, Piyada Bölmələri isə “Məsaf-1” silahları ilə təchiz olunub.
“Məsaf-1” silahının hansı xüsusiyyətləri var?
Məsaf fərdi silahın ilk nəsli 2016-cı ildə keşmiş Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri general Hüseyn Dehqan tərəfindən təqdim olunub. 2019-cu ildə seçilmiş ordu bölmələrinə təhvil verilmiş bu növ silah 5.56*45 kalibrdən və 20-30 gülləli daraqdan istifadə edirdi.

Bəzi mənbələrin açıqlamalarına görə, bu nəsil silahın təsirli atış məsafəsi 400 metr və çəkisi təxminən 3.5 kq olub.
Bu silahın lüləsi çəkiclə döymə dizaynı (hammer forged) əsasında hazırlanıb və adi lülələrlə müqayisədə daha yüksək müqavimətə və istifadə tarixinə malikdir.
“Məsaf-2”-nin “Məsaf-1”-lə müqayisədə üstünlükləri
Məsaf ailəsinin 7.62*51 kalibrli “Məsaf-2” adlı ən yeni üzvü o zamankı Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin briqada generalı Əmir Hatəmi tərəfindən 07.03.2021-ci il tarixində, Müdafiə Nazirliyinin Gənc Əsgər Festivalında təqdim edilib.
7.62*51 mm kalibrli DMR (dəqiq vuran) silahı olan “Məsaf-2” hava ilə soyudulan yüngül silahlardandır. Bu silahın 3 rejimi var: tətik, tək atış və yaylım.

“Məsaf-2” silahının üzərinə quraşdırılmış təchizatlardan biri standart picatinny relsidir ki, bu da, kamera, qırmızı nöqtə, qumbaraatan, iki ayaqlı və. s kimi periferik avadanlıqlar quraşdırılmasına imkan yaradır.
Bu silahın son atış kilidi var və o, daraq boşaldıqda hərəkətdə olan cihazları arxa vəziyyətdə saxlayır və onun yenidən silahlanmasını sürətləndirir.
“Məsaf-2” silahında istifadə edilmiş teleskop qundaq 6 vəziyyətə malik bir qundaqdır. Silahlanma mexanizmində dəfedicinin olması bu silahın zərbəsini azaltmaqda mühüm rol oynayır və əməliyyat qabiliyyətini artırır.
Bu tip silahın dizaynerləri silahın yüksək erqonomikaya sahib olmasına çalışıblar. Çünki erqonomika hər növ silah və avadanlığın əsas və ilkin prinsiplərindən sayılır.
“Məsaf-2” silahının atış məsafəsi
“Məsaf-2” silahındakı silahlanma tutacağı hər iki tərəfdə iki pedala malikdir. Bu da, onun silahlanmasının asanlaşmasına səbəb olub, hər iki tərəfdən onun bir barmaqla silahlanmasına şərait yaradır.
Silah konfiqurasiyası da elə bir şəkildə hazırlanıb ki, ən qısa zamanda və xüsusi bir alətə ehtiyac olmadan snayper və ya karabin versiyasına çevrilə bilir.
Bu silah bütün 7.62*51 mm kalibrli güllələri, o cümlədən Saqib, Rəsam güllərləini atmağa qadirdir. Bu silahın təsirli atış məsafəsi gündüz görmə kamerası ilə 800 metr və termal kamera ilə 600 metrdir. Qeyd etmək lazımdır ki, bu məsafə gecə yaxud pis hava şəraitində bu silah və onun istifadəsi üçün çox mühüm bir seçim sayılır.

Silahın ötən illərdə nümayiş olunan nümunələrində lazer hədəfi ilə birlikdə kiçik və böyük kameraların, qırmızı nöqtə sisteminin, snayper əməliyyatları üçün müxtəlif ön tutacaqlar və iki ayaqların quraşdırılması üçün rels sistemi müşahidə edilirdi.
“G3” və “Məsaf” silahlarının bəzi fərqli cəhətləri var. Təbii ki, onların hər biri göz yumulmayacaq özünəməxsus xüsusiyyətlərə də malikdir. Çünki bu xüsusiyyətlərin hər biri döyüşün müəyyən bir səhnəsində istifadə olunur.
İran İslam Respublikasının Silahlı Qüvvələrinin müdafiə mütəxəssisləri də Məsaf silahının yerli istehsal olmasına görə, bu silahla işləmək üçün təlim simulyatorlarını layihələndirib, istehsal edib və istifadəyə veriblər.

Ordunun Quru Qoşunlarının komandir müavini briqada generalı Nozər Neməti bu qüvvələrin təlimi çərçivəsindəki çıxışı zamanı deyib: Bu təlimdə sürətli cavab bölmələri tərəfindən istifadə edilən bütün alətlər və silahlar bu qüvvələrin Məsaf-2 kimi tanınan ən yeni və ən müasir silahları arasındandır.

Məsaf silahının beynəlxalq silah sərgilərində dünyaya tanıtdırılması
İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi ötən illər ərzində müxtəlif nailiyyətləri layihələndirib istehsal etməklə özünü təmin etmə mərhələsinə çatıb və bunun nəticəsini müxtəlif beynəlxalq silah sərgilərində nümayiş etdirib.
İranın bacarıqlarından biri fərdi silahların dizaynı və istehsalı sahəsindədir. Məsaf adlı fərdi silahlar ailəsi bu sahənin bir hissəsi sayılır.


Məsaf silahları müxtəlif beynəlxalq silah sərgilərində həmişə İranın pavilyonunda olub.
Bu iştirakı və xarici ölkələrin İranın silah paviyonlarını xoş qarşılamasını nəzərə almaqla ümid etmək olar ki, bu silah dünya ölkələrinin alış səbədinə daxil olsun və İranın silah sahəsindəki qüdrətini bir daha göstərsin.

Bu silah Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin 2023-cü ildə Müdafiə Sənayesi günü münasibəti ilə keçirdiyi sərgisində İranda yaşayan xarici hərbi qulluqçular üçün nümayiş etdirilib.