Ali Baş Komandan ölkənin müdafiə sənayesinin ən yeni nailiyyətlərinin, o cümlədən Hədid 110 gizli dronunun və kamikadze dronlarını buraxma qabiliyyətli pilotsuz sualtı qayığın təqdim edildiyi İqtidar sərgisini ziyarət edib. Bu yeni texnologiyalar İranın müharibə sahəsindəki müdafiə bacarıqlarının yüksəldilməsi istiqamətində atılan bir addım sayılır.
Ali Baş Komandan Ayətullah Xamenei İqtidar sərgisini ziyarət edib və bu sərgidə ən yeni müdafiə avadanlıqları, o cümlədən Hədid 110 gizli dronu və kamikadze dronlarını buraxma qabiliyyətli pilotsuz sualtı qayıq təqdim edilib.
Reaktiv mühərriklə təchiz olunmuş pilotuz uçuş aparatı olan yeni Hədid 110 dronu düşmən radarlarından gizlənmək və uzaqlaşmaq qabiliyyətinə malikdir. Amma onun əməliyyat detalları barədə məlumat verilməyib.
Hədid 110 dronunun mümkün xüsusiyyətləri:
Yüksək səviyyədə gizlənmək: gövdə dizaynı və radar dalğalarını udan materillardan istifadə
Reaktiv mühərrik: sürətin və manevr qabiliyyətinin artırılması
Geniş əməliyyat diapazonu: uzaqmənzilli missiyaları icra etmək imkanı
Döyüş və kəşfiyyat əməliyyatları yerinə yetirmək qabiliyyəti: qabaqcıl hədəfalma sistemləri ilə təchiz olunma
Dron daşıyan pilotsuz sualtı qayıq
Bu sərgidə təqdim olunan ikinci strateji məhsul kamikadze dronlarını buraxma qabiliyyətinə malik pilotsuz sualtı qayıq olub. Bu yeni texnologiya İranın dəniz döyüş taktikalarında dəyişiklik yarada bilər.
Bu qayığın mümkün xüsusiyyətləri:
Su səviyyəsindən aşağıda gizli əməliyyatları icra etmək
Su altından intiharçı dronları buraxmaq
Missiyalarda uzaqdan idarəetmə və süni intellekt
Düşmənin mühasirəsində olan bölgələrdə dəniz əməliyyatlarını icra etmək
Bu texnologiya İrana su altından yerüstü hədəflərə hücum etmək imkanı verir və asimmetrik əməliyyatlarda istifadə edilə bilər.