Son günlərdə nümayiş olunmuş reaktiv mühərriklə təchiz edilən dronları nəzərə alsaq, İranın pilotsuz uçuş apartları sahəsi ilə bağlı sənayesinin inkişaf etməkdə olduğunu başa düşmək olar.
Müdafiə sənayesinin alimləri, rəsmiləri və mütəxəssislərinin Fevralın 12-də İnqilab rəhbəri ilə keçirdikləri görüş zamanı reaktiv mühərrikli “Hədid 110” kamikadze dronu təqdim olunub.
Bu dron düşmən radarlarından gizlənmək və uzaqlaşmaq qabiliyyətinə malikdir. Həmçinin üçbucaq şəkilli və reaktiv mühərriklə təchiz olunmuş bu dron kamikadze əməliyyatlarını yerinə yetirmək bacarığına sahibdir.

Təkcə Hədid 110 dronu reaktiv mühərriklə təchiz olunmayıb, əksinə bir neçə gün öncə Şəhid Baqiri adlı dron daşıyan gəminin nümayiş edilməsi zamanı “Jas 313 Dəniz” dronu da təqdim edilib.
SEPAH-ın Donanmasının ixtiyarında olan bu dron kəşfiyyat, bomba atmaq və aşkarlanmaqdan yayınmaq kimi qabiliyyətlərə malikdir.
“Jas 313 Dəniz” dronu reaktiv mühərriyə sahibdir və 200 metrdən az olan qısa uçuş zolaqlarında enib qalxa bilir.
Yazının davamında rekativ mühərrik qabiliyyətli bəzi dronlara işarə olunacaq:
Kiyan 1 və Kiyan 2 dronu
Kiyan 1 dronu mikroreaktiv mühərrik ilə hazırlanmışdı və onun maksimum çata biləcəyi sürəti 480 km\saat idi. Qanadı 2 metr olan bu dron 5500 metrə yaxın uçuş hündürlüyü ilə 30 kq yük daşımaq qabiliyyətinə malik olub, 350 km\saat kruiz sürətlə uçur.
Kiyan 2 dronu isə Kiyan 1-in uğurlu dizaynı əsasında təxminən 2 dəfə çox ölçülərlə və müxtəlif missiyalar məqsədi ilə hazırlanıb. Bu dron 2019-cu ildə ölkənin silahlı qüvvələrinə təhvil verilib.
Kiyan 2 dronunun missiyalarından biri hava hücumundan müdafiə hədəflərini istənilən nöqtəni vurma şəkilində məhv etməkdir. Dronun əməliyyat məsafəsinin 1000 km-dən çox olduğu qeyd olunub.
Kiyan 2 gövdənin daxilindəki kiçik qaz turbinli reaktiv mühərrikdən istifadə edir. Onun hər iki hava girişi qabaqcıl dizayn ilə gövdə və yan tərəflərə uyğun yerləşdirilib.
Bu dron delta qanadlara sahibdir ki, bu da ona yüksək sürətlərdə yaxşı dinamik xüsusiyyətlər yaradır. Həmçinin o, hədəfin məhv edilməsində diqqəti artırmaq üçün yüksək manevr qabiliyyətindən istifadə edir.

Kərrar dronu
Kərrar kamikaze dronu İranın geniş istifadə olunan dron ailəsinin yeni üzvü kimi 2019-cu ildə hava hücumundan müdafiə təlimində təqdim edilib.
İran Təyyarə İstehsalı Zavodunun (HESA) məhsulu olan Kərrar dronu rəsmi olaraq 2010-cu ildə Müdafiə Sənayesi günü nümayiş olunub.
Bu dronun o zaman iki əsas missiyası qeyd edilmişdi: radar və havadan müdafiə sistemlərinin sınaq testi üçün uçan hədəf kimi istifadə, havadan bombalama əməliyyatlarının icrası.
Bu günə qədər Kərrar dronunun 4 nəsli təqdim olunub. Onların ölçü və göstəricilərindəki fərq az, amma missiyaları müxtəlifdir.
3.75 metr uzunluq, 3.1 metr qanad, 1.5 metr hündürlük, 750 kq maksimum uçuş çəkisi, 250 kq yük daşıma qabiliyyəti Kərrar-3 dronunun xüsusiyyətlərindəndir. Onun uçuş tavanı 10670 metr, son sürəti 700 km\saat, kruiz sürəti 650 km\saat və davamlı uçuş müddəti 1 saat 15 dəqiqədir. Bu dronda JP-4 yanacaqlı Tulu-4 reaktiv mühərrikdən istifadə olunub və onun gövdəsi əsasən alüminiumdan hazırlanır.
Kərrar dronunun digər nümunələrinin uçuş hündürlüyünün 12200 metr və son sürətinin isə 900 km\saat olduğu qeyd olunub. Kərrar PUA-ları mənşə stansiya ilə əlaqəli uçarkən 200 km-ə qədər (Kərrar-3), stansiya ilə daimi əlaqəyə ehtiyac olmadan avtomatik şəkildə uçarkən isə 800-1000 km uçuş məsafəsinə malik olur.

Şahid 238 dronu
Reaktiv mühərrik qabiliyyətli Şahid 238 dronu İnqilab rəhbərinin SEPAH-ın aerokosmik nailiyyətləri sərgisinə baxış keçirdiyi zaman nümayiş olunub və termal, optik və sensorsuz skanerlərlə təchiz edilmiş üç növdə görülüb.

Sofreye Mahi dronu
Reaktiv mühərriklə təchiz olunmuş “Sofreye Mahi” dronu gövdə və burun ucuna qədər uzanmış qanadın kökü ilə birləşdirilmiş tam üçbucaq qanad, bir-birindən məsafədə olan V şəkilli quyruq və quyruqda üfüqi idarəetmə səthlərindən istifadə edilməməsi bu dronun zahiri xüsusiyyətlərindəndir.
Üfüqi və şaqüli sükan səthlərinin yerinə V şəkilli səthlərdən istifadə edilməsi idarəetmə tənlikləri baxımından daha mürəkkəbdir.
