İranlı texnoloqlar poçt bağlamalarını süni intellektin köməyi ilə ziyansız və səhvsiz məqsədə çatdıran robot hazırlayıblar. Bu layihə 26-cı Gənc Xarəzmi Festivalında seçilib.
Poçt şirkətlərində bağlamalar adətən ənənəvi üsulla və insan əməyindən istifadə edilərək ayrılır və çeşidlənir. Bu üsul səhv və hətta bağlamalara ziyanla nəticələnə bilir. İranlı müxtəxəssislər bu prosesi daha ağıllı və dəqiq yerinə yetirə bilən robot hazırlayıblar. İndiyə qədər 7 milyon poçt bağlaması bu robotlar vasitəsi ilə yerbəyer edilib.
Bu mütəxəssislərin 26-cı Gənc Xarəzmi Festivalındakı layihəsi “Poçt göndərişlərini ayıran robot” başlığı ilə seçilib.
Layihə icraçısı Sasan Məhəmmədi müsahibəsində bildirib: Bakalavr pilləsində öz həmtəsisçim ilə çox kiçik bir robot düzəldib, üzərində çox yaxşı alqoritmlər tətbiq etmişdik. Təxminən 8 ay əvvəl Amerikada bir qrupla sərbəst işçi kimi robototexnika üzərində işləməyə başladım və 2021-ci ildə İsfahanda restoran ofisiant robotları adlı layihə əldə edib, müştəriyə 7 robot təhvil verdik.
Məhəmmədi poçt şirkəti ilə əməkdaşlığı barədə deyib: Poşt şirkətini ziyarət etdikdən və insan əməyi ilə baş tutan çeşidləmə problemlərini müşahidə etdikdən sonra 1 ay yarım vaxt ərzində dünyadakı bütün çeşidləmə üsullarını araşdırdıq. Dünyada yalnız iki ölkədə ABŞ və Çində çeşidləmə işi robotdan istifadə edilməklə həyata keçirilir. 2022-ci ildə bu ideyanı Milli Poçt Şirkətinin baş direktoruna dedim. Bir neçə robot hazırlayıb sınaqdan keçirməyimizi qərara aldıq. Bu aparat (hadware) və proqram təminatıdır. Yəni bu layihə üzərində yeddi müxtəlif texniki qrup çalışıb.
Süni intellektin bu robotlara əlavə etdiyi qabiliyyət
Məhəmmədi bildirib: Bu robotlar qrup şəklində fəaliyyət göstərirlər. Hər bir robot Nəzərində olan giriş qapısından çıxış qapısına getməkdə və bağlamanı istədiyini vilayətə təhvil verməkdə ağıllıdır. Qarşısında tıxac olduğundan həmişə eyni yolu getmir. Biz səmərəliliyi artırmaq üçün bu robotların robotik marşurutlaşdırılmasında və innovasiyasında süni intellekt alqoritmlərindən istifadə etmişik.