İran İslam Respublikasının müdafiə sənayesinin nailiyyətləri Braziliyada 41 ölkənin iştirakı ilə keçirilən LAAD 2025 müdafiə və təhlükəsizlik sərgisinin on birinci mərhələsində nümayiş etdirilib.
Xarici KİV-in verdiyi məlumatına görə, LAAD 2025 müdafiə və təhlükəsizlik sərgisinin on birinci mərhələsi 41 ölkənin iştirakı ilə Braziliyada fəaliyyətə başlayıb.
Açılış mərasimi bir neçə nazirin və Braziliyanın birinci vitse-prezidentinin iştirakı ilə keçirilib.
Bundan əlavə, Braziliyanın müdafiə, sənaye, elm və texnologiya nazirləri də LAAD 2025 sərgisində iştirak ediblər.

Bu sərgi Cənub yarımkürəsi və Latın Amerikasının ən mühüm müdafiə sənayesi sərgilərindən biri sayılır. Tədbirdə 5 qitədən 360 şirkət, 120 beynəlxalq nümayəndə heyəti, müdafiə nazirinin müavinləri və yüksək rütbəli komandirlər iştirak ediblər. Bu, Müdafiə Nazirliyinin Braziliyada keçirilən müdafiə və təhlükəsizlik sərgisində ilk iştirakıdır.




