Müdafiə nazirinin iştirakı ilə 3 meqavatlıq yeni nəsil mühərriklərin təqdimatı keçirilib

Yeni nəsil 3 meqavatlıq mühərriklər Amol şəhərində Silahlı Qüvvələrin Müdafiə və Dəstək Naziri iştirakilə təqdimat mərasimi baş tutub.

Xarici KİV-in verdiyi məlumata görə, iranlı mütəxəssislərin iştirakı ilə Amol şəhərində yerləşən İran Ağır Dizel Mühərrikləri Şirkətində yeni nəsil 3 meqavatlıq mühərriklər istehsal olunaraq 60 faiz dərəcəsində yerli istehsala nail olunub.

Bu mühərriklərin yeni nəsli bazar ertəsi günü Silahlı Qüvvələrin Müdafiə və Dəstək Naziri iştirakilə təqdim olunaraq istifadəyə verilib.

Yeni nəsil 3 meqavatlıq mühərriklərin istehsalına İran Ağır Dizel Mühərrikləri Şirkətində start verilib. Bu mühərriklər ölkənin enerji balanssızlığını kompensasiya etməkdə dəmiryolu, iqtisadiyyat, istehsalat, elektrik stansiyaları və dənizçilik sahələrində əhəmiyyətli rol oynaya bilər.

Müdafiə naziri tədbirdə çıxışı zamanı bildirib: Ölkədə yüksək tələbat olan 3 meqavatlıq mühərriklərin istehsalı Amol şəhərində yerləşən İran Ağır Dizel Mühərrikləri Şirkətində istehsal xəttinin işə salınması ilə gerçəkləşib.

O, əlavə edərək deyib: “İndiyə qədər bu mühərriklərin istehsal mərhələlərinin təxminən 60 faizi tamamilə yerli imkanlarla həyata keçirilib və bu rəqəmin cari ilin sonunadək 80 faizə çatdırılması planlaşdırılır. Eyni zamanda gözlənilir ki, gələn ilə qədər bu mühərriklər tamamilə daxildə istehsal olunan formaya gətiriləcək.”

Əmir Əziz Nasirzade deyib: “İran Ağır Dizel Mühərrikləri Şirkəti ölkənin dəmiryolu, dənizçilik, quru nəqliyyatı və müdafiə sahələri üçün müxtəlif sinif və ölçülərdə dizel mühərrikləri istehsal etmək qabiliyyətinə malikdir.”

Müdafiə naziri əlavə edib: “Müdafiə və Silahlı Qüvvələrin Dəstəyi Nazirliyinin məqsədi bütün sahələrdə istehsalın inkişafıdır və bu istiqamətdə çalışırıq ki, əlaqəli alt sistemlərin istehsalı özəl sektora həvalə edilsin.”

O, qeyd edib: “Dizel mühərriklərinin istehsalında iştirak etmək üçün özəl sektorun sərmayəçilərinin iştirakını alqışlayırıq. İran Ağır Dizel Mühərrikləri Şirkətində bilik əsaslı şirkətlər və özəl sektor üçün uyğun imkanlar yaradılıb.”

Əmir Nasirzade, həmçinin bildirib: “Vilayət rəsmiləri və İran Ağır Dizel Mühərrikləri Şirkətinin rəhbərləri bu sahədə istehsalın genişləndirilməsi üçün zəruri proqnozlar təqdim ediblər.”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir