Şərif Sənaye Universitetinin Materiallar və Mühəndislik Fakültəsinin professoru beynəlxalq nüfuza malik “Journal of Magnesium and Alloys” jurnalının redaksiya heyətinin gənclər komitəsinin üzvü təyin edilib.
Xarici KİV-in verdiyi məlumata görə, Şərif Sənaye Universitetinin Materiallar və Mühəndislik Fakültəsinin elmi heyətinin üzvü Rza Əlizadə nüfuzlu Journal of Magnesium and Alloys jurnalının baş redaktoru tərəfindən verilmiş qərarla bu jurnalın redaksiya heyətinin gənclər komitəsinin üzvü təyin edilib.
Bu jurnal Scopus bazasında indekslənmişdir və Journal of Magnesium and Alloys adı ilə qeydiyyata alınıb. “Maqnezium və Alaşımlar Jurnalı” maqnezium elmi və mühəndisliyi sahəsində nəzəri və təcrübi tədqiqatların dərc edilməsi üçün beynəlxalq bir platformadır.
Hazırda bu jurnalın impakt faktoru təxminən 16-dır. SJR göstəricisinə görə isə dünyada “Metallar və Alaşımlar” sahəsində üçüncü ən nüfuzlu jurnal hesab olunur.
