İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələrinin komandanı Fars Körfəzinin Milli Günü münasibətilə keçirilən mərasimdə deyib: Biz 116 düyün sürətinə (saatda 215 kilometr quruya bərabər olan) raket buraxan gəmi inşa etdik və bütün texniki və ixtisaslaşdırılmış sınaqları başa çatdırdıq.
SEPAH-ın Dəniz Qüvvələri komandanı Fars Körfəzi Milli Günü münasibətilə keçirilən mərasimdə deyib: Elə bir raket buraxan gəmi hazırlamışıq ki, 116 düyün (quruda təqribən 215 km/saat) sürətə malikdir və bütün texniki və ixtisaslaşdırılmış sınaqlardan keçib.
SEPAH-ın Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, kontr-admiral Əlirza Tənqsiri deyib: SEPAH-ın Dəniz Qüvvələrində biz özümüz gəmi, raket, pilotsuz uçuş aparatı (PUA) və sualtı texnika istehsal edirik.
O, həmçinin bildirib: Fars Körfəzinin təhlükəsizliyini təmin etmək üçün gecə-gündüz çalışacağıq.
Komandan SEPAH Dəniz Qüvvələrinin imkanlarına toxunaraq əlavə edib: İnqilabdan əvvəl hətta balıqçılıq üçün kiçik bir “Lavər” qayıq belə düzəldə bilmirdik, bizim üçün bunu Amerika şirkətləri edirdi. Amma indi ən müasir texnologiya ilə Şəhid Süleymani gəmisini istehsal etmişik.
Tənqsiri əlavə olaraq, qeyd edib: Şəhid Süleymani gəmisinin fasiləsiz 5000 dəniz mili məsafəni okeanlarda qət etmək imkanı var.
Qeyd etmək lazımdır ki, 30 Aprel iranlı sərkərdələrin Portuqaliya başda olmaqla, qlobal istibdad qüvvələrini Fars dənizi adalarından qovduğu gün kimi Fars Körfəzi Milli Günü adlandırılır.