İran İslam Respublikasının Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı bildirib: Hərbi Hava Qüvvələrinin bütün qırıcı təyyarələri ölkə daxilində istehsal olunan uzaq mənzilli (stand-off) sursatlar, avadanlıqlar və raketlərlə təchiz olunub.
Cümə axşamı günü Dezful şəhərində yerləşən Vəhdəti 4-cü qırıcı hərbi bazasının yeni və əvvəlki komandirlərinin təqdimat mərasimi çərçivəsində jurnalistlərlə söhbət edən Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı pilot Vəhid Vahidi vurğulayıb: “İran İslam Respublikası Ordusunun qüdrətli Hərbi Hava Qüvvələri hazırda ən yüksək hazırlıq səviyyəsindədir və Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə tam hazırdır.”
O, Hərbi Hava Qüvvələrinin ölkə səmasını qorumaq üçün bütün gücü ilə hazır olduğunu bildirərək deyib: Bu gün Hərbi Hava Qüvvələri təmir, texniki xidmət və yenidənqurma, eləcə də təlim, insan resursları və qabaqcıl avadanlıqlara çıxış baxımından keçmişə nisbətən daha hazırlıqlıdır.
Hərbi Hava Qüvvələri komandanı, həmçinin deyib: Müdafiə sənayesinin uğurlu tədbirləri nəticəsində Hərbi Hava Qüvvələri bu gün müxtəlif növ qabaqcıl və müasir silahlarla təchiz olunub.
General pilot, Hərbi Hava Qüvvələrinin komandanı Vəhid Vahidi İran xalqına verdiyi vəddə deyib: İnqilab rəhbərinin Hərbi Hava Qüvvələrindəki əsgərləri son qan damlasına qədər İslam Respublikasının və izzətli İranın müqəddəs səmasını qorumağa davam edəcəklər.
Bu mərasimdə Dördüncü Dezful Qırıcı Bazasının keçmiş komandiri Cavad Vələdi təntənə ilə yola salınıb və general pilot Fərşid Çəgini isə yeni komandir olaraq təqdim edilib.