“Özünütəminetmə” – İranın uzun illərdir davam edən beynəlxalq sanksiyalara cavabı

Qətərin xəbər agentliyi öz hesabatında İranın xarici təzyiqlərə cavab olaraq seçdiyi dönüş yaradan inkişaf yolundan bəhs edib

Qətər xəbər saytının yazarı “Ğəzəl Əriha” cümə günü yayımladığı analitik hesabatında İranın iqtisadi sanksiyalarla mübarizə təcrübəsinə nəzər salaraq bu sanksiyaların ölkənin iqtisadi strukturu üzərindəki təsirini və özünütəminetmə siyasətlərinin necə formalaşdığını təhlil edib.

Bu hesabat İranın daxili potensialına müsbət yanaşma ilə milli istehsalın gücləndirilməsi və idxaldan asılılığın azaldılması istiqamətində hökumətin atdığı səmərəli addımları nəzərdən keçirib.

Sanksiyalar – daxili inkişafın hərəkətverici qüvvəsi

Qətər xəbər agentliyi: 2006-cı ildən etibarən İrana tətbiq olunan iqtisadi sanksiyalar və xüsusilə ABŞ-ın 2018-ci ildə nüvə sazişindən (BƏRCAM) çıxmasından sonra bu sanksiyaların daha da sərtləşməsi, ölkə iqtisadiyyatına şübhəsiz ki, ciddi təzyiq göstərib. Bununla belə, İran dayanmaq əvəzinə yeni bir yol seçərək daxili imkanların gücləndirilməsinə yönəlmiş siyasətlər həyata keçirməyə başlayıb.

İranın neft ixracı, sanksiyalardan əvvəl dövlət gəlirlərinin 70%-dən çoxunu təşkil edirdi və 2017-ci ildə gündə 2,5 milyon barrel olan ixrac 2020-ci ildə təxminən 1 milyon barrelə endi. Buna baxmayaraq, İran resursları idarə etməyi və məqsədyönlü planlaşdırmanı həyata keçirərək bu böhranı dəf etdi və digər iqtisadi sahələri gücləndirməyi bacarıb

Müəllifin fikrincə, İranın neft gəlirlərindən asılılığının azalması ilə islahat yönümlü siyasətlər gündəmə gəldi. Hətta inflyasiya bəzi illərdə yüksəlsə də, bu təcrübə iqtisadi prioritetlərin yenidən müəyyənləşdirilməsinə səbəb oldu.

İran Mərkəzi Bankının məlumatlarına istinad edərək yazır ki, 2020-ci ildə inflyasiya 40 faizə çatmışdı, lakin eyni zamanda aztəminatlı təbəqələr üçün dəstək proqramları və milli istehsalın gücləndirilməsi istiqamətində siyasətlər də artırılmışdı.

Özünü təminetmə yolunda irəliləyiş – iqtisadi müstəqilliyin addım-addım gerçəkləşməsi

Xəbər agentliyi kənd təsərrüfatı sahəsi ilə bağlı qeyd edib ki, 2017-ci ildə 12 milyon ton olan buğda istehsalı 2023-cü ildə 14 milyon tona yüksəlib. Sanksiyaların bir çox məhsulun idxalını çətinləşdirdiyi şəraitdə bu artım ərzaq təhlükəsizliyinin təmin olunması və yerli fermerlərin imkanlarının gücləndirilməsi siyasətlərinin uğurunun göstəricisidir.

Hesabata görə, avtomobil sənayesində də müsbət dinamika müşahidə olunub: 2017-ci ildə bir milyon ədəd olan daxili avtomobil istehsalı 2023-cü ildə 1.2 milyon ədədə çatıb. Beynəlxalq məhdudiyyətlər şəraitində baş verən bu artım, milli sənayenin inkişafına və daxili bazarın tələbatını ödəməyə yönəlmiş ciddi iradənin göstəricisidir.

Agentlik əlavə olaraq bildirib ki, hər bir ölkə üçün həyati əhəmiyyət daşıyan sahələrdən biri olan dərman sənayesində İran sanksiyalardan əvvəl 50 faiz olan özünü təminetmə səviyyəsini 2023-cü ildə təxminən 90 faizə çatdırmağa müvəffəq olub.

“EcoIran” saytı isə bu nailiyyətin ölkədaxili mütəxəssislərin səyi və dövlətin bilik əsaslı şirkətlərə verdiyi dəstəklə mümkün olduğunu vurğulayıb.

Yeni texnologiyalar sahəsində də İran illik 20 faizlik artım tempilə biotexnologiya və süni intellekt üzrə fəaliyyət göstərən şirkətlərin sayını artıraraq elmi və texnoloji müstəqillik yolunda mühüm addımlar atıb. Bu inkişaf göstərir ki, sanksiyalar təkcə maneə olmayıb, həm də yerli istedadların və daxili potensialın çiçəklənməsi üçün motivasiya yaradıb.

İran iqtisadiyyatında üç dönüşüm mərhələsi: çiçəklənmədən davamlılığa doğru

İqtisadçı professor Peyman Mövləviyə görə, İran son altı onillikdə üç əsas iqtisadi mərhələni keçib. Xəbər agentliyi onun fikirlərini belə çatdırıb:

Birinci dövr (1961–1976) İranın iqtisadi çiçəklənmə dövrü olub və orta hesabla illik 11% artım müşahidə olunub.

İkinci dövr (1989–2009) isə müharibədən sonrakı bərpa mərhələsi olub və orta illik artım 5% təşkil edib.

Üçüncü dövr isə 2011-ci ildən başlayaraq nüvə sanksiyaları və beynəlxalq məhdudiyyətlər fonunda iqtisadi dayanıqlılıq və möhkəmlənmə dövrünə çevrilib.

Mövləvi vurğulayıb ki, gəlir səviyyəsi azalsa da, ölkə çətin şəraitdə belə möhkəm qala bilmək üçün iqtisadi strukturunu tənzimləyib. O, deyib: “Özünütəminetmə şüarı xalqın aclıqdan qorunmasına və milli istehsalın infrastrukturlarının güclənməsinə səbəb olub.”

Məhdudiyyətlər içində fürsət yaratmaq – daxili potensiala əsaslanan gələcək

Qətər xəbər agentliyi iqtisadçı professor İsaak Səidiyanın sözlərinə istinadla yazır ki, sanksiyalardan yaranan bəzi məhdudiyyətlər iqtisadi artımı yavaşladıb, lakin İran daxili potensialdan istifadə edərək zərərləri nəzarət altında saxlayıb.

O, bildirib: “Bir çox ölkənin İran bazarına girməkdən çəkinməsi şəraitində yerli şirkətlər boşluğu doldurub və petrokimya, neft, texnologiya və yeni enerji sahələrində əhəmiyyətli irəliləyişlər əldə ediblər.”

Səidiyanın vurğulayıb ki, yerli infrastrukturların inkişafına fokuslanmaq, daxili investisiyaların artırılması və yerli biliklərin gücləndirilməsi İranın iqtisadi tərəqqisinin gerçək yolunu açır.

Xəbər agentliyi yekun olaraq yazıb ki, İranın xarici təzyiqlərə qarşı təcrübəsi göstərir ki, insan resursları, texniki bilik və istehsalın dəstəyi ilə ən çətin şəraitdə belə inkişaf yolunda irəliləmək mümkündür. İran indi iqtisadi dönüşün yeni mərhələsinin astanasındadır; bu dönüş isə ən çox daxili potensiala və ağıllı planlaşdırmaya əsaslanır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir