Ətraf mühitə dost qarışıq asfalt örtüyünün təmiri üçün tullantı materiallarından istifadə

Əmirkəbir Texnologiya Universitetinin bir qrup tədqiqatçısı tullantı materiallarından istifadə edərək, asfalt örtüyünün zədələrini təmir etmək üçün ətraf mühitə dost asfalt qarışığı təqdim edib. Bu qarışıq az enerji sərfiyyatı və xərclərin 90% azalması ilə asfalt örtüklərinin təmiri və saxlanmasını təmin edir.

Verilən məlumata əsasən, Əmirkəbir Texnologiya Universitetindən tədqiqatçı Həmid Cahanbəxş layihənin adını “Ətraf mühitə dost, induktiv qızdırma və induktiv təmir qabiliyyətli asfalt örtüyü” kimi təqdim edib və bildirib: Bu layihədə induktiv təmir qabiliyyətindən istifadə etməklə asfalt örtüyünün zədələrini bərpa etmək üçün bir həll yolu təqdim etmişik. Bu üsulla asfalt örtüklərinin ömrünü 50-dən 70 faizə qədər artırmaq mümkündür.

O, qeyd edib ki, layihədə təqdim olunan ilkin asfalt qarışığı ənənəvi asfalt qarışığına nisbətən 20 faiz daha ucuzdur. Ümumilikdə, bu asfalt qarışığı ənənəvi metodlarla müqayisədə hər il örtüyün ömrünü artırmaq üçün 90 faiz daha qənaətlidir və eyni zamanda 60 faiz ətraf mühitə təsiri və enerji istehlakını azaldır.

Cahanbəxş layihənin icra üsuluna toxunaraq bildirib: Bu tədqiqatda laboratoriya mərhələsində keçirici asfalt qarışığının optimallaşdırılması ilə elektromaqnit dalğaları vasitəsilə induktiv qızdırma metodundan istifadə edilə bilən soyuq asfalt qarışığını təqdim etdik. Bu məhsul isti asfalt qarışığı ilə müqayisədə enerji sərfiyyatını və istixana qazlarının emissiyasını əhəmiyyətli dərəcədə azaldır.

Tədqiqatçı vurğulayıb ki, bu asfalt qarışığı ətraf mühitə dostdur və tullantı materialları əsasında istehsal olunub. O, təkcə yüksək səviyyədə elektromaqnit dalğalarını udmaq qabiliyyətinə malik deyil, həm də induktiv təmir üçün əlverişli xüsusiyyətlərə sahibdir.

O, bu tədqiqatların nəticələri kimi 6 ədəd ISI məqaləsinin nəşr olunduğunu və asfalt qarışıqlarının induktiv təmir qabiliyyətinin qiymətləndirilməsi üçün yeni parametrlərin inkişaf etdirildiyini qeyd edib. Həmçinin xatırladı: Bu layihənin xarici nümunəsində Böyük Britaniyanın Notinqem Universitetinin tədqiqatçıları keçirici əlavə olaraq polad yun liflərindən istifadə ediblər ki, bu da Əmirkəbir Texnologiya Universiteti tədqiqat qrupu tərəfindən təqdim olunan nümunə ilə müqayisədə daha az ilkin ömərə və çox daha yüksək xərcə malikdir. Bundan başqa, polad yun liflərinin istifadəsi asfalt qarışığında paslanmaya səbəb olur və bunun nəticəsində materialın xidmət qabiliyyəti zəifləyir.

Cahanbəxş əlavə olaraq bildirib ki, induktiv qızdırma və təmir qabiliyyətli asfalt örtüyünün tətbiqi ilə Yol və Şəhərsalma Nazirliyi və Yol İdarəsi və Nəqliyyat Təşkilatı tərəfindən asfalt örtüklərin idarə və saxlanma xərclərini əhəmiyyətli dərəcədə azaltmaq, həmçinin asfalt örtüklərinin xidmət vəziyyətini yaxşılaşdırmaq və ətraf mühit çirkliliyini azaltmaq mümkündür.

Layihə Əmirkəbir Texnologiya Universitetində Həmid Cahanbəşxin əməkdaşlığı və Məhəmməd Məhəmmədi Kərimi və Firidun Möqəddəsnəjadın rəhbərliyi ilə həyata keçirilib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir