İranda ağıllı ion mübadiləsi membranlarının hazırlanması

“Ağıllı ion mübadiləsi membranlarının hazırlanması və istehsalı” Səmane Bəndəliyə aid doktorantura sonrası layihənin adı olub, layihə Abdülrza Məqdəsinin rəhbərliyi və İran Milli Elmlər Fondunun dəstəyi ilə tamamlanıb

İran Milli Elmlər Fondundan (INSF) verilən məlumata əsasən, Bəndəli bu layihənin aparılma səbəbini belə izah edib: Təmiz və içməli su ehtiyatlarının qlobal səviyyədə azlığı dünyada ölkələrin üzləşdiyi problemlərdən biridir. Yer üzündə mövcud olan su ehtiyatlarının 95%-dən çoxu duzlu sudur və digər tərəfdən, çirklənmənin artması, ətraf mühitin məhv olması və iqlim dəyişikliyi insan həyatını dünya miqyasında təhdid edir.

O, sözlərinin davamında deyib: Bu gün kimya sənayesində suyun təmizlənməsi və su sərfiyyatının qənaət edilməsi üçün təkvalentli və çoxvalentli duzların çıxarılması çox önəmlidir. Çünki bəzi bu duzlar borularda çöküntü əmələ gətirərək boruların və qoşmaların paslanmasına səbəb olur və avadanlıqların sıradan çıxması ilə əlaqədar əlavə xərcləri artırır. Su ehtiyatlarının azlığı səbəbindən təzə suyun proseslərdə istifadəsi də sərfəli deyil.

Bu tədqiqatçı və alimin sözlərinə görə: Bundan əlavə, ekoloji proseslərdə, xüsusilə suyun təmizlənməsi sahəsində, təkvalentli və çoxvalentli duzların sudan ayrılması və suyun keçiriciliyinin standartlara uyğun səviyyəyə çatdırılması çox vacibdir.

O, qeyd edib: Bu metodlardan biri hal-hazırda tədqiqatçıların və sənayelərin diqqətində olan membran texnologiyasının istifadəsidir. Bu proseslərin digər ayrılma metodlarına nisbətən üstünlükləri, digər proseslərlə uyğunluğu və investisiya xərclərinin nisbətən aşağı olması, həmçinin proseslərin miqyasını artırmaq və membran proseslərini inkişaf etdirmək çox daha sadədir. Müxtəlif membran sistemləri arasında ion mübadiləsi membranları elektrik gücü ilə hərəkət edən proseslərdə istifadə olunan aktiv və qabaqcıl ayırıcılar kimi tanınır.

Bəndəli, həmçinin bildirib: Bu membranlar duzdan təmizləmə və duzlu suyun konsentrasiyası, sənaye tullantılarından qiymətli metalların bərpası, dərman və qida sənayesi, məsələn süd sənayesi və kimyəvi maddələrin istehsalında çox effektiv vasitələrdir. Bundan başqa, ion mübadiləsi membranları ekoloji proseslərdə, tullantı suların təmizlənməsində və bioloji sənayelərdə geniş rol oynayır.

Layihənin məqsədləri barədə danışan o, dedi: Bu tədqiqatın məqsədi uzunmüddətli əməliyyatlar üçün unikal fiziki-kimyəvi xüsusiyyətlərə malik membranlar hazırlamaqdır. Belə ki, ölkə yalnız qlobal icmada əldə edilən inkişaflarla ayaqlaşmasın, həm də ağıllı membranların istehsalı ilə dünya membran sənayesində yeni yol və perspektivlər yaratsın.

Bu tədqiqatçı və alim əlavə etdi: Son zamanlar, xüsusilə suyun şirinləşdirilməsi, tullantıların təmizlənməsi və yanacaq hüceyrələri kimi sənaye tətbiqlərində funksional xüsusiyyətləri yaxşı olan qabaqcıl, o cümlədən ağıllı membranların hazırlanmasına diqqət artır. Təbii ki, membran səthinin və strukturunun modifikasiyası bu məqsədlərə çatmaqda böyük kömək edir.

Bəndəli yekunda qeyd edib: Membran səthində seçim xüsusiyyətlərinə malik yeni materialların tətbiqi ağıllı membranların hazırlanmasına gətirib çıxarır ki, bu da membranın performansının, məsələn, keçiriciliyin artırılması, tıxanmanın qarşısının alınması və uzunmüddətli istifadənin təmin olunması kimi xüsusiyyətlərinin yaxşılaşdırılmasına səbəb olur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir