Elm təməlli bir şirkət nano-etilen uducu paketlər istehsal edərək kənd təsərrüfatı məhsullarının saxlama müddətini artırmaq və tullantıları azaltmaq üçün addımlar adıb. İllik istehsal gücü 500 milyon paketdən çox olan bu yeni texnologiya meyvə və tərəvəzin keyfiyyətini qorumaqla yanaşı, İranın qeyri-neft ixracını da artırmağa kömək edə bilər.
Xarici KİV-n Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat üzrə Müavinliyinə istinadən verdiyi məlumata görə, İranın kənd təsərrüfatı məhsullarının əhəmiyyətli bir hissəsi uyğun saxlanma infrastrukturunun olmaması səbəbindən məhv olur. Bu problemlərin həlli üçün nanomateriallar kimi yeni texnologiyalardan istifadə məhsuldarlığın və təchizat zəncirinin davamlılığının artırılması üçün effektiv həll yoludur. Bu elm təməlli şirkət nano elmi bazasında etilen qazını udaraq meyvələrin, tərəvəzlərin və çiçəklərin yetişmə və korlanma prosesini gecikdirən paketlər istehsal edib.
Etilen qazı meyvə və tərəvəzlərdə təbii olaraq əmələ gəlir və yetişmə hormonu kimi fəaliyyət göstərir. Bağlı mühitdə bu qazın yığılması meyvənin yetişmə sürətini artırır və onun korlanmasına səbəb olur. Nanomateriallı etilen uducu səsə paketlər bu qazı udaraq məhsulların saxlanma müddətini əhəmiyyətli dərəcədə artırır.
Bu paketlər silika gel paketlərinə bənzəyir və 1-dən 5 qrama qədər nano struktur materiallar ehtiva edir. Bu materiallar saf nano birləşmələrdən və ya polimer və zeolit kompozitlərindən (toz, qranul və ya ekstrud şəklində) hazırlanır və məhsul növünə, yük həcminə, saxlanma müddətinə və ixrac şərtlərinə uyğun xüsusi olaraq müştəri üçün dizayn edilir.
Əsas müştərilər meyvə çeşidləmə müəssisələri, ixrac şirkətləri və çiçək, tərəvəz tədarükçüləridir. Xüsusilə kivinin, çiyələyin, gilasın, narın və bibərin ixracında istifadə olunması tullantıların azalmasına, müştəri məmnuniyyətinin artmasına və İran ixrac brendinin yaxşılaşmasına səbəb ola bilər.
Əhalinin artımı, iqlim dəyişiklikləri və məhsul yığımından sonra yaranan tullantılar səbəbindən iqtisadi təzyiqlər kimi artan çağırışlar fonunda kənd təsərrüfatı məhsullarının saxlanma müddətinin artırılması üçün həll yollarının inkişafı vacibdir. Nanomateriallı etilen uducu paketlər resursların israfının qarşısını almaqla yanaşı, ölkənin istehsal və ixrac zəncirinə yüksək əlavə dəyər yaradacaqdır.