İran şagirdlər komandasının Beynəlxalq İqtisadiyyat Olimpiadasında parlaq çıxışı

İranın şagirdlər komandası İqtisadiyyat üzrə 8-ci Beynəlxalq Olimpiadada 4 medal qazanmağa müvəffəq olub.

İran İslam Respublikasının milli iqtisadiyyat komandası 2025-ci ildə Azərbaycanın ev sahibliyi ilə keçirilən və dünyanın 53 ölkəsindən ən yaxşı şagirdlərin qatıldığı 8-ci Beynəlxalq İqtisadiyyat Olimpiadasında layiqli bir çıxış sərgiləyib.

Bu beynəlxalq elmi yarışmada İran komandasının üzvləri 2 gümüş və 2 bürünc medal qazanıblar.

Gümüş medalları Möhsin Payəndə Peyman və Əbülfəzl Modirrusta, bürünc medalları isə Parsa Sədaqət və Əlirza Əhmədi əldə ediblər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir