Stolüstü tennis üzrə iranlı legioner Məhəmməd Musəvi Almaniyanın “Çellencir Kuboku” yarışında çempionluq titulunu qazanıb.
Xarici KİV-in verdiyi məlumata görə, 8 seçilmiş oyunçunun iştirakı ilə keçirilən Almaniyanın “Çellencir Kuboku” yarışı stolüstü tennis üzrə İranın milli komandasının üzvü Məhəmməd Musəvinin çempionluğu ilə başa çatıb.
Dairəvi sistemlə keçirilən yarışın ilkin mərhələsində Musəvi liderliyi ələ alaraq yarımfinala yüksəlib.
İranlı stolüstü tennis legioneri yarımfinalda almaniyalı Tobias Saltzerlə görüşdə qələbə qazanaraq finala yüksəlib.
Final matçında 2-1 geridə olarkən almaniyalı Nikolaus Rindlə 3-2 hesabı ilə möhtəşəm geri dönüşlə qalib gələrək bu turnirin çempionluğunu qazanıb.
Musəvi bu ilin Oktyabrında Hindistanın ev sahibliyi edəcəyi böyüklər arasında Asiya çempionatında milli komandanın üzvü olacaq.