Nüfuzlu SCImago məlumat bazasının 2024-cü il üzrə yeni hesabatına əsasən, İran nəşr olunan elmi məqalələrin sayına görə dünyada 13-cü yeri tutaraq xüsusi mövqe əldə edib. Bu, İranın region ölkələri arasında əhəmiyyətli fərqlə birinci yerdə olduğu halda, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir sonrakı yerləri bölüşürlər. Bu statistika İranın elm və texnologiya sahəsində əhəmiyyətli irəliləyiş və liderliyindən xəbər verir.
Xarici KİV-n Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat üzrə Müavinliyinin Kommunikasiya və İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, mötəbər SCImago məlumat bazasının 2024-cü il üzrə yeni hesabatına əsasən, İran nəşr olunan elmi məqalələrin sayına görə 13-cü qlobal pilləni əldə etməklə xüsusi mövqe qazanıb.
2000-2005-ci illər İran biotexnologiyasının inkişafında dönüş nöqtəsi olub. Bu dövrdə İran sırf tədqiqatçıyönümlü ölkədən biliyə əsaslanan məhsullar istehsalçısına çevrilərək qlobal bazarlara çıxıb. Elm, Biotexnologiya və Kök Hüceyrə Baş Qərargahı kimi qurumlar bu yeni yaranan sənayedə əsas dəstək rolunu oynaıblar. Akademik tədqiqatlar məqalə və tezis mərhələsindən kənara çıxaraq kommersiyalaşma mərhələsinə qədəm qoyub ki, bu da ölkənin ehtiyaclarını ödəmək üçün elm və iqtisadiyyatın bağlılığını göstərir.
İranlı Mütəxəssislər tərəfindən “İnterferon Alpha” istehsalı
Hepatitin müalicəsi üçün ilk İran biotexnoloji preparatı olan Interferon Alpha-nın istehsalı bu dövrdə baş verib ki, bu da ölkənin əczaçılıq sahəsində özünü təmin etmə yolunda mühüm addımdır.
Məqalələrin nəşrinin artması və geniş dəstəyi ilə İran biotexnologiya və sağlamlıq sahələrində 1480 biliyə əsaslanan şirkətə sahib olmaqla və regenerativ tibb sahəsində dünyada səkkizinci yerdə olmaqla, mühüm irəliləyiş əldə edib. İran tibb, kənd təsərrüfatı, sənaye və ətraf mühit sahələrində 1000-dən çox biotexnologiyaya əsaslanan məhsul istehsal etməklə Asiyada beşinci, regionda isə birinci yerdədir.
Bu nailiyyətlər yerli mütəxəssislər tərəfindən qabaqcıl və həyati əhəmiyyətli məhsulların kütləvi istehsalını göstərir və İranın biliklərə əsaslanan sənayesi üçün innovasiyalarla dolu parlaq gələcək vəd edir.