Royan Araşdırma İnstitutu, sonsuzluğun müalicəsində bir inqilab

İranda və dünyada milyonlarla cütlük sonsuzluğun böyük problemi ilə üzləşir. Royan Araşdırma və Müalicə Mərkəzi kişi və qadın sonsuzluğunun müalicəsi üçün ən son tibbi texnologiyaların önündədir.

Mərkəz dünyanın hər yerindən onlarla cütlüyü qəbul edir ki, bu da onun beynəlxalq mövqeyini və reproduktiv problemlərə qabaqcıl və effektiv elmi həllər təqdim etmək qabiliyyətini əks etdirir.

Bir çox qadın ana olmaq arzusunun gerçəkləşəcəyini heç vaxt gözləmədiyi halda bu mərkəzi ziyarət etdikdən sonra onların qəlbində yeni ümidlər yaranıb.

Royan Tədqiqat İnstitutunun İxtisaslaşdırılmış Xidmətlər Direktorunun müavini, Doktor Əhməd Vusuq deyib: “Təxminən 35 illik təcrübəyə malik Tehrandakı Royan Sonsuzluğun Müalicə Mərkəzi beynəlxalq mərkəzlərə bənzər müvəffəqiyyət dərəcəsi ilə çox aşağı qiymətlər təqdim etməklə, ən son müalicə üsullarından və qabaqcıl texnologiyalardan və istifadə edir.

Mərkəz həmçinin etik və dini dəyərləri nəzərə alaraq xəstənin şəxsi həyatına hörmətlə yanaşır.

Royan İnstitutu ən yaxşı beynəlxalq mərkəzlərlə rəqabət aparan qabaqcıl tədqiqat və tibbi xidmətlər göstərən İranda və regionda ən görkəmli ixtisaslaşmış sonsuzluq müalicə mərkəzlərindən biridir. Bu qurum minlərlə cütlüyün valideyn olmaq arzusuna çatmasına kömək edib.

Tibbi Təhlil Laboratoriyasının rəhbəri dr. Ruhullah Xadim bildirib: “Mərkəzin tibbi diaqnostika laboratoriyası Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olaraq qabaqcıl avadanlıqdan istifadə edilməklə analizlərin aparıldığı ən görkəmli yerli və beynəlxalq laboratoriyalardan biridir. Təkrarlanan aşağı düşmə və sonsuzluğun müalicəsi üçün sperma, hormonal və klinik nümunələr araşdırılır və nəticələrin əksəriyyəti üç saat ərzində hazır olur.”

Royan Mərkəzi hər il İran, İraq, Azərbaycan Respublikası, Livan, Suriya, Pakistan, Əfqanıstan, Afrika, eləcə də Kanada, Almaniya, İtaliya, Böyük Britaniya və Fransadan olan 300 000-dən çox xəstəyə xidmət göstərir.

Doktor Mehri Məşayexi, ginekoloq: “Royan Elmi-Tədqiqat İnstitutunun xarici xəstələr üçün xüsusi şöbəsi xaricdən gələnlərə sürətli xidmət göstərir. Belə ki, kişi və qadın xəstələrin qəbulu və müayinəsi eyni gündə aparılır, peşəkar və effektiv müalicəni təmin etmək üçün sürətli müalicə planı nəzərdən keçirilir və onlayn şəkildə izlənilir.

Bu tədqiqat institutunun iranlı alimləri sonsuzluğun müalicəsi üçün müasir üsullar hazırlayır və ən yaxşı nəticələri tapmaq üçün yerli olaraq inkişaf etdirilmiş elmi biliklərə və texnologiyalara arxalanırlar.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir