Tehran Universiteti tədqiqatçılarının yenili ilə qida saxtakarlığının sürətli aşkarlanması

Tehran Universitetinin tədqiqatçıları qida saxtakarlığını yüksək dəqiqliklə müəyyən etmək üçün müasir texnologiyalardan istifadə ediblər və ümid edirlər ki, bu vasitə gələcəkdə qida təhlükəsizliyini yoxlamaq üçün bir tətbiqə çevriləcək.

Tehran Universitetinin Kimya Fakültəsinin professoru Cahanbəxş Qasimi fakültədə hazırlanmış yeni bir təşəbbüs haqqında deyib: “Bu gün elmin vacib sahələrindən biri qida və insanlar tərəfindən istehlak edilən hər hansı bir maddənin sağlamlığına xüsusi diqqət yetirir, çünki bu məsələ birbaşa cəmiyyətin ictimai sağlamlığı ilə bağlıdır.”

 O, sözlərinin davamında deyib: “Bu sahədə, saxtakarlığı və ya un, düyü unu və ya nişasta kimi aşağı qiymətli materialların bahalı materiallarla qarışdırıldığı halları aşkar etmək üçün həm cihazlar, həm də vizual aşkarlama baxımından yeni metodlar təqdim etmək üçün səylər göstərilir, hətta bu aşağı qiymətli materialların özləri sağlamlıq üçün təhlükə yaratmasa belə.”

Tehran Universitetinin Kimya Fakültəsinin bu professoru qida saxtakarlığı haqqında bildirib: Sarıkök əsasən xaricdən idxal olunur və bəzi mənfəətpərəstlər çəkisini artırmaq üçün ona rəngsiz olan un, düyü unu və ya nişasta əlavə edirlər. Bu maddələr rəngsiz olduğundan və sarıkökün rəngi dominant olduğundan, bu cür saxtakarlığı çılpaq gözlə aşkar etmək çətindir. Lakin biz hətta bir faizlik qatışıqları də müəyyən edə və aşkar etməyi bacarmışıq.

Bu texnologiyanın tibbi tətbiqlərinə toxunan Qasimi, həmçinin deyib: Bəzi insanlar xəstəxanalarda nümunə götürərkən damarların görünməməsi səbəbindən problemlərlə üzləşirlər. Bizim tərəfimizdən hazırlanmış alət damarları aşkar edə bilir və buna görə də insanların sağlamlığının qorunmasında birbaşa tətbiq olunur.

Tehran Universitetinin professoru ümidini ifadə edərək yekunda bildirib: Ümid edirəm ki, gələcəkdə hər bir insanın sözügedən qidanın sağlamlığını onun şəklini çəkərək qiymətləndirə və saxtakarlıq ehtimalından xəbərdar ola biləcəyi bir tətbiq hazırlana bilər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir