ABŞ mediasının İranın “hipersonik” irəliləyişləri ilə bağlı narahatlığı

Amerika saytlarından biri bu ölkənin müdafiə naziri tərəfindən hipersonik silahlarla bağlı söylənən fikirlərə istinad edərək, İranın bu sahədə “böyük addımlar” atdığını bildirib.

Xarici KİV-in verdiyi məlumata görə, bu analitik xəbər saytı öz hesabatında bildirib ki, ABŞ ordusu İran, Çin, Rusiya və Şimali Koreyanın hipersonik imkanları ilə bağlı “ciddi narahatlıq” keçirir.

10 Noyabr 2022-ci ildə SEPAH-ın Hava-Kosmik Qüvvələrinin komandanı general Əmirəli Hacızadə İranın qabaqcıl hipersonik raketlərə sahib olduğunu açıqlamışdı. General Hacızadə bildirmişdi ki, bu raket həm kosmosda, həm də kosmosdan kənarda manevr edə bilir.

SEPAH-ın Hava-Kosmik Qüvvələrinin komandanı əlavə etmişdi: Bu yeni raket bütün raketdən müdafiə sistemlərini dəf edir və raket sahəsində nəsillərarası böyük bir sıçrayışdır.

“National Interest” saytının dünyanın müxtəlif ölkələrinin hipersonik raket sahəsindəki imkanları ilə bağlı ən son hesabatında İranın bu sahədəki qabiliyyətinə də diqqət yetirilib.

Bu Amerika mediası yazıb: “ABŞ müdafiə naziri Pit Hegsethin Çin, Rusiya, Şimali Koreya və hətta İranın hipersonik silahlar sahəsindəki irəliləyişləri ilə bağlı xəbərdarlıqları, sadəcə xarici güclərin imkanları barədə qorxu yaratmaqdan ibarət deyil, həm də ABŞ ordusunun ciddi və əsaslı narahatlıqlarını əks etdirir.”

“National Interest” əlavə olaraq qeyd edib: “Çin, Rusiya, Şimali Koreya və hətta İran hipersonik silahların inkişafında böyük addımlar atıblar. Bu silahlar səs sürətindən beş dəfə artıq sürətlə hərəkət edir və uçuş zamanı manevr edə bilirlər ki, bu da onlarla mübarizəni adi kruiz raketləri ilə müqayisədə xeyli çətinləşdirir.”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir