ABŞ saytı: Dron daşıyan “Şəhid Baqiri” gəmisi İranın SEPAH Qüvvələrində yeni bir dəyişiklikdir

ABŞ-ın analitik saytlarından biri Dekabrın 15-də yazıb: Yeni hərbi gəmilərin istehsalı İran İnqilabi Keşikçiləri Korpusunun Dəniz Qüvvələrinin son illərdəki maraqlı addımlarından biridir.

Xarici KİV-in verdiyi məlumata görə, “Hisutun” analitik saytı Dekabr ayının 15-də İslam İnqilabi Keşikçiləri Korpusunun dron daşıyan “Şəhid Baqiri” gəmisi ilə bağlı təhlilində yazıb: Həm İran Ordusunun və həm də İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələri artan sayda böyük gəmilərdən hərbi gəmi kimi istifadə edir.

Bu gəmilər ticarət gəmilərinin gövdəsindən, amma yeni göyərtə və bir sıra silahlardan istifadə edirlər. Onların əksəriyyəti raket kimi hücum xarakterli silahlarla təchiz olunub.

Bu hesabata əsasən, bu gəmilər İran Hərbi Dəniz Qüvvələrinin ənənəvi gəmilərindən daha böyük və daha güclüdürlər. Bu dəyişikliklər Fars körfəzindəki Bəndər Abbas Hərbi Bazasından 25 km-lik məsafədəki İran Gəmiqayırma Zavodunda edilib.

Bu gəmilərin istehsalı çox maraqlıdır və son illər ərzində İran Ordusunun və SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin diqqətəlayiq dəyişikliyini göstərir.

Dron daşıyan “Şəhid Baqiri” gəmisi İran İslam İnqilabı Keşikçiləri Korpusunun ən iddialı dəniz layihəsidir və o, ticarət gəmisindən dron daşıyan gəmiyə çevrilib. Bu gəmi hazırda sınaqdan keçirilir.

“Şəhid Baqiri” gəmisi tərs bucaqlı göyərtəyə malikdir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun bir sıra qanadlı pilotsuz təyyarələri var və gələcəkdə bu gəmidə yerləşdirilə bilər.

Amerikanın “Hill” jurnalı da peyk görüntülərinə istinad edərək, İranın dron daşıyan gəmisinin Fars körfəzində göründüyü barədə məlumat verib.

Bu jurnal Maksar şirkətinin görüntülərinə istinad etməklə yazıb: İranın “Şəhid Baqiri” adlı dron daşıyan gəmisi hal-hazırda Fars körfəzindəki Bəndər Abbas sahilində ləngər salıb.

Bu hesabata görə, bu gəmi əvvəllər kommersiya konteyner gəmisi olub, amma İranın Hərbi Dəniz Qüvvələrinin dron daşıyan gəmisinə çevrilib. Görüntülərdə digər iki gəmi də görünüb.

Adı çəkilən şirkət tərəfindən təqdim olunan şəkillər gəmilərin İran Gəmiqayırma Zavodunda dəyişilməsini və düzəldilməsini göstərir. Əhəmiyyətli irəliləyişlərə tullanma rampası və görünən bucaqlı uçuş platformasının quraşdırılması daxildir.

Hill jurnalı sonda yazıb: İran istehsalı olan dron daşıyan gəminin Fars körfəzində görünməsi bu ölkənin dronların yerləşdiriliməsi və istifadəsindəki gücünü göstərir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir