Ağız xərçənginin qarşısını alan nanobitki mənşəli diş pastası

İran elitaları ağız xərçənginin qarşısını alan bitki ekstratları əsasında diş pastası hazırlamağa nail olublar.

Dişlər dentinin üzərindəki mina təbəqəsi ilə örtülür. Diş minası zədələndiyi zaman diş həssaslaşır. Bu həssaslıq çox vaxt diş tacının damağa birləşdiyi hissədə baş verir. Həssas dişlərə malik olan insanlar bu həssaslığın azaldılması üçün xüsusi diş pastalarından istifadə etməlidirlər. İranın yeni təsis olunmuş şirkətlərdən birinin mütəxəssisləri nanobitki tərkibli diş pastası hazırlamağa müvəffəq olublar. Bu diş pastası həm həssas dişlər üçün münasibdir, həm də azığ xərçənginin və diş çürüməsinin qarşısını alır.

Mazandaran Universitetinin Elm və Texnologiya Parkında yerləşən bölmələrdən olan bu şirkətin mütəxəssisləri hidroksiapatit nanohissəciklərindən və təbii birləşmələrdən istifadə etməklə həssas dişlər üçün diş pastası hazırlamağa nail olublar.

Bu şirkətdə hazırlanmış xüsusi məhsullardan biri yeni formulaya malik ixtisaslaşdırılmış diş məcunudur. Bu diş məcunu kimyəvi birləşmələrdən uzaq olan bitki ekstratları kimi törəmələr əsasında və qiymətli oral probiotik birləşmələrdən, hidroksiapatit nanostrukturdan istifadə edilməklə hazırlanıb. Bu diş pastasında istifadə olunan birləşmələr mikrob yükünə, ağız sağlamlığına, diş minasının möhkəmlənməsinə nəzarətə, diş üzərində lövhə yaranmasının qarşısını almağa və onun həssaslığını azaltmağa əhəmiyyətli dərəcədə kömək edəcək.

Ağız xərçənginin qarşısının alınması, kandidozun müalicəsinə kömək, dişlərdə lövhə əmələ gəlməsinin qarşısının alınması, ağızdakı pis qoxunun aradan aparılmasına kömək, həssaslığın azaldılması, diş çürüməsinin və məhvinin qarşısının alınması bu məhsulun xüsusiyyətlərindəndir.

Təbii maddələrdən ibarət olan bu diş pastası ümumi istifadəçilər və 7 yaşdan yuxarı uşaqlar üçün münasibdir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir