İrlandiyalı jurnalist Amerikanın “Lucas” adlı pilotsuz təyyarəsinin şəklini X (keçmiş Twitter) səhifəsində paylaşaraq izləyicilərindən soruşub: “Bu şəkil sizə heç nəyi xatırlatmır?”
Chay Bowesin X (keçmiş Twitter) səhifəsindəki izləyiciləri onun sualına cavab olaraq İranın yüksək texnoloji gücünü etiraf edib və ABŞ-ın İran modelindən kopya çəkməsini İranın ucuz və təsirli pilotsuz təyyarələrin istehsalı sahəsində ABŞ-dan öndə olduğunu göstərən bir işarə kimi qiymətləndiriblər.

Amerikan Defense vebsaytının məlumatına görə, Pentaqon yaxınlarda “Lukas” adlı aşağı maliyyətli yeni pilotsuz uçuş aparatını təqdim edib ki, bu model İranın “Şahid” pilotsuz təyyarəsinin surətidir.
Bəzi istifadəçilər ABŞ-ın İran üzərinə tətbiq etdiyi sərt sanksiyalara diqqət çəkərək bildiriblər ki, bu sanksiyalar İranın inkişaf yolunu əngəlləməyib, əksinə iranlıların yerli bilik və mühəndislikdən istifadə edərək aero-kosmik sənayedə tarixi nailiyyətlər əldə etməsinə səbəb olub.
Bəzi istifadəçilərin “Bu şəkil (Amerikanın Lucas pilotsuz təyyarəsi) sizə heç nəyi xatırlatmır?” sualına verdikləri cavablar aşağıdakı kimidir:

“Şahid” İran tərəfindən dizayn edilmiş kamikadze tipli pilotsuz təyyarədir və hazırda ABŞ tərəfindən surət çıxarılaraq “Lukas” adı ilə təqdim olunur. Bu məşhur pilotsuz təyyarənin həmçinin “Geran 2” adlı rus surəti də mövcuddur.

Bu İran şahid pilotsuz təyyarəsinin surətidir!

Bəli, İran texnologiyasının (xatırladıcısı)

Bu pilotsuz təyyarə Rusiya istehsalı olan Geran 2 pilotsuz təyyarəsinə bənzəyir və özü isə İranın “Şahid 136” dronu əsasında hazırlanır. Hazırda ABŞ pilotsuz təyyarə texnologiyasında xeyli geridədir.

Kimin ağlına gələrdi ki, Amerika bir gün İran texnologiyasını kopyalayacaq?