İslami Azad Universitetinin Cənubi Tehran filialının Araz Saze tələbə qrupu Beynəlxalq Amerika Beton Assosiasiyası yarışlarının müxtəlif sahələrində üç titul əldə edib.
İslami Azad Universitetinə istinadən verilən məlumata görə, İslami Azad Universitetinin Cənubi Tehran filialından olan Araz Saze qrupu Beynəlxalq Amerika Beton Assosiasiyasının (ACI) İran Bölməsinin 27-ci müsabiqəsində məsaməli beton və yumurta qoruyucu konstruksiyaların dizaynı sahələrində 2-ci yeri, beton boulinq topu sahəsində isə 3-cü yeri qazanmağa müvəffəq olub.
Amerika Beton Assosiasiyası yarışları hər il dünyanın müxtəlif bölgələrində keçirilən beton və inşaat sahəsindəki ən nüfuzlu yarışlardan biridir. Bu yarışlar beton konstruksiyaların layihələşdirilməsi və həyata keçirilməsi sahəsində öz bacarıqlarını nümayiş etdirmək üçün gənc tələbə və tədqiqatçılara bir fürsət yaradır.
İslami Azad Universitetinin Cənubi Tehran filialının komandası bu yarışlarda innovativ layihələr təqdim edib, onları dəqiq icra etməklə münsiflərin rəyini cəlb etməyi və yarışların üç sahəsində yer tutmağı bacarıb.
Beynəlxalq Beton Assosiasiyası dünyada ən nüfuzlu qrumlardan biridir. Adı çəkilən qrum 1904-cü ildə Amerikada peşəkar və mühəndislik təhsili, elmi tədqiqatlar, beton və əlaqəli materialların layihələşdirilməsi və həyata keçirilməsi standartlarının tədqiqi və inkişafı məqsədi ilə yaradılıb. Bu qrum zaman ötdükcə çoxlu və effektiv elmi və təhsil səylərinə görə dünyanın müxtəlif ölkələrindəki inşaat mühəndisliyi cəmiyyətlərinin diqqətini cəlb edib. Həmin cəmiyyətlər bu assosiasiyanın bir şöbəsini öz ölkələrində yaradıblar. İndi bu assosiasiyanın dünyada 100 şöbəsi var.
Amerika Beton Assosiasiyası İran Bölməsinin 27-ci Milli Tələbə Yarışması və İran Beton Tədqiqat Mərkəzinin Beton Konfransı müxtəlif universitetlərin tələbələrinin iştirakı ilə bir neçə əlaqəli ixtisas üzrə keçirilib. Bu yarışlarda ən yüksək yer tutanlar Amerika Beton Assosiasiyası İran Bölməsinin üzvü olur və assosiasiyanın pulsuz təlimlərindən faydalanırlar.