Bitkilərə hava verən nano qabarcıqlar

İranın yerli mütəxəssisləri nano qabarcıq texnologiyası ilə kənd təsərrüfatı suyunu oksigenlə davamlı şəkildə və az elektrik istehlak edərək təmin edən cihaz istehsal ediblər.

Kənd təsərrüfatındakı problemlərdən biri su və elektrik çatışmazlığıdır. Bəzi avadanlıqlar kənd təsərrüfatında mövcud olan etiyacları aradan qaldırmaq üçün çoxlu elektrik enerjisi sərf edirlər. Bu avdanlıqlardan biri kənd təsərrüfatında suya oksigen üfürmək üçün istifadə olunan hava üfləyiciləridir. Bu cihazlar həm çox yüksək elektrik enerjisi istehlak edirlər, həm də onların təmir və texniki-xidmət xərcləri çox yüksəkdir. İranın elm təməlli şirkətlərindən birinin mütəxəssisləri nano texnologiyası ilə oksigen hissəciklərini nano ölçülərdə suya vuran və çox az elektrik enerjisi istehlak edən cihaz hazırlayıblar.

Bu şirkət 4 ildir ki, fəaliyyət göstərir. Şirkətin hazırladığı nano qabarcıq generatoru müxtəlif növ mayelərdə milyardlarla qaz nano qabarcıqları istehsal etməyə imkan yaradır. Nano qabarcıqlar mayelərdə çox yüksək sabitliyə və həll olunma qabiyyətinə malikdir.

Bu elm təməlli şirkətin texnologiya, tədqiqat və inkişaf direktoru Hadi Mənsuri qeyd olunan məhsul barəsində deyib: Texnologiyaya sahib nano qabarcıq cihazı hər bir qazı mayeyə vurmaq imkanına sahibdir. Nano qabarcığı hər bir qazdan və hər bir mayenin daxilində yaratmaq olar, amma 90%-dən çox istifadə suya oksigen qabarcıqların vurulmasıdır. Dezinfeksiya üçün isə ozon və xlor qazının vurulmasından istifadə olunur.

O, əlavə olaraq deyib: Biz bu cihazla nano qabarcıqları nanometr ölçülərdə suya vururuq ki, bu da bizə iki xüsusi imkan yaradır. Onlardan biri budur ki, biz suyu oksigenlə super doyura və suda həll olmuş oksigen miqdarını 40 ppm-ə çatdıra bilirik.

Nano qabarcıqların yüksək qalıcılğı

Mənsuri nano qabarcıqların sabitliyini bu cihazın digər bir üstünlüyü sayaraq bildirib: Digər hava üfürücü növlərində mayedə buraxıldığı yerdən səthə qalxan və yox olan makro qabarcıq görürsünüz. Nano qabarcıqlar isə gözlə görünmürlər, tamamilə su mühitində yayılır və yüksək sabitliyə malik olurlar. Yəni 24-48 saat arasında qalırlar və əgər mayedə xaricdən qüvvə və turbulent yoxdursa, həftələrlə sabit qalır.

Bu elm təməlli şirkətin tədqiqat və inkişaf direktoru bildirib: Bu məhsulun kənd təsərrüfatında və xüsusən də texnologiya ilə daha çox tanış olan istixana sənayesində tətbiqi akvakultura və aerasiya bölməsində tullantı sularının təmizlənməsidir. Hava üfləyiciləri həm çox yüksək elektrik istehlakına malikdirlər, həm də onların təmir və texniki-xidmət xərcləri çox yüksəkdir. Qeyd etdiyimiz cihaz onları əvəzləyə bilər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir