Bu dərmanların istehsalı ilə İran 54 milyon barel neftə bərabər mənfəət əldə edib

Ölkədə biotexnoloji dərmanların istehsalı orta hesabla 70 dollar qiymətlə 54 milyon barel neftə bərabər mənfəət gətirib.

“Məhdudiyyətlərdən inkişaf doğar” ifadəsi bəziləri üçün təkrar bir şüar kimi səslənsə də, iranlı tədqiqatçılar bu cümləni bütün çətinliklərə baxmayaraq, gerçək həyatlarında yaşayaraq sübuta yetiriblər.

Bu gün İran istehsalı olan dərmanlar təkcə ölkənin əsas ehtiyaclarını ödəməklə kifayətlənmir, həm də bir sıra xarici ölkələrə ixrac olunur.

Bank sanksiyalarından sonra bir çox dərman idxalı yolları bağlandı. Hətta əgər bir dərman sanksiya altında deyilsə belə, əgər onun pulunu beynəlxalq sistemlərlə köçürmək mümkün deyilsə, faktiki olaraq idxal da mümkün olmur.

Bu böhran şəraitində iranlı tədqiqatçılar yerli biotexnoloji dərmanların istehsalına yönəldilər. İndiyədək bu dərmanların istehsalı ölkəyə 3.8 milyard dollar valyuta qənaəti qazandırıb ki, bu da orta hesabla 70 dollar qiymətlə 54 milyon barel neftin satışına bərabərdir. Yəni həm müalicəyə, həm də iqtisadiyyata eyni anda töhfə verilib.

Hazırda İran müasir dərman istehsalı sənayesində söz sahibidir. Bu sahədə əldə olunan 13 min milyard riallıq bazar, ölkədə 10 ixtisaslaşmış xəstəxananın təchiz olunmasına bərabər bir dəyərə sahibdir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir