Bəzi nanoməhsulların beynəxalq standartının ölçülməsi üçün İranın yeni təklifi qəbul edilib. Bu, İranın rəhbərliyi altında tərtib edilmiş 12-ci qlobal standart ölçmə layihəsidir.
Nano və Mikro Texnologiyaların İnkişafı Mərkəzinin katibi İmad Əhmədvənd sosial şəbəkələrin birində yazıb: İranın “nanoemulsiyalar”ın standartının tərtib edilməsi üçün yeni təklifi ISO Təşkilatının Nanotexnologiya Komitəsinə (ISO/TC229) üzv olan 40 ölkənin səs verməsindən sonra standart hazırlanmasının yeni bir layihəsi kimi qəbul edilib.
O, əlavə edib: ISO Təşkilatının Nanotexnologiya Komitəsində dərc olunmuş 110 beynəlxalq standartın 12-si İranın rəhbərliyi altında hazırlanıb.
Qeyd etmək lazımdır ki, qeyd edilən standart nanoemulsiyaların xüsusisyyətlərinin və ölçülmə üsullarının müəyyən edilməsi üçündür. Nanoemulsiyanı şəffaf, maye və suya, yağa və termodinamik baxımından səthi aktiv maddələrə şamil olan vahid fiziki xassələrə (izotropik) malik bir məhlul saymaq olar.
Nanoemulsiyalar yağda su yaxud suda yağ məhlulları ola bilər. Onlar müxtəlif sənayelərdə, o cümlədən əczaçılıqda, kosmetikada və qida sənayesində istifadə oluna bilər.
Hazırda tərtib edilən beynəlxalq nano standartların sayı indeksində Amerika, Yaponiya və Cənubi Koreyadan sonra İran və İngiltərə dördüncü yerdədir.