İranlı tədqiqatçılar şiş əməliyyatından qalan xərçəng hüceyrələrini aradan aparan və xəstəni radioterapiyaya ehtiyacsız edən nano məhsul hazırlamağa müvəffəq olublar.
Dəri xərçənginə tutulan xəstələrdə şişin götürülməsi üçün həyata keçirilən əməliyyatdan sonra xəstəliyin qayıtmasına səbəb olan xərçəng hüceyrələrinin mövcud olma ehtimalı var. Buna görə də, xəstə radioterapiya olunur. İsfahanın Royan Biotexnologiya Tədqiqat İnstitutundan olan strartaplardan birinin tədqiqatçıları bir məhsul hazırlayıblar ki, ondan istifadə etməklə radioterapiaya ehtiyac qalmır. Bu startap öz məhsulu ilə birlikdə 15-ci Beynəlxalq Nano Sərgisində iştirak edib.
Bu startapın fəal texnoloqu Mustafa Noqabi verdiyi müsahibədə bu məhsulun ölkədə istehsal olunmasına ehtiyacın səbəbi barəsində deyib: Dəri xərçənginin ən yaxşı müalicəsi şişin əməliyyat edilərək götürülməsidir. Bu üsulda əməliyyatdan sonra yaranın içərisində xərçəng hüceyrələri qalır və bu hüceyrələr xərçəngin və xəstəliyin qayıtmasına səbəb olur. Bunun üçün də, adətən radioterapiyadan istifadə edilir.
Noqabi qeyd olunan startapda bu məqsədlə bir məhsul hazırlandığına toxunaraq deyib: Məhsulumuz yara sarğısıdır. O, şiş əməliyyatından sonra müəyyən vaxt intervallarında infraqırmızı lazer şüalanması ilə yara içərisində qalan xərçəng hüceyrələrinin məhv edilməsinə səbəb olan topikal istilik yaradır.
O, sözlərinin davamında deyib: Hətta əməliyyat olunmuş yerdə xərçəng hüceyrəsi olmasa da, bu məhsul yenə də faydalıdır. Çünki yaranmış istiliklə yaranın bərpa olunma prosesinin yaxşılaşmasına kömək edir və əslində, bu məhsulla radioterapiyaya ehtiyac yoxdur.
Noqabi, həmçinin bildirib: Bu məhsul kommersiyalaşdırılmaqdadır və ilk dəfə olaraq İranda hazıranıb. Dünya səviyyəsində isə belə bir məhsul yalnız tədqiqat səviyyəsindədir.