“Çəmran 1” peykinin orbital manevrləri uğurla həyata keçirməsi

İran Kosmik Təşkilatının açıqlamasına əsasən, “Çəmran 1” peykinin manevrləri uğurla həyata keçirilib.

Çəmran 1 peykinin alt sistemlərinin və uçuş alqoritmlərinin düzgün işləməsinə əmin olduqdan sonra lazımı güclə peyk orbital manevr texnologiyasının sübutu məqsədi ilə əsas missiyasının icrasına hazır olub.

Bu məqsədlə də ilk öncə peyk hipotetik hədəfə doğru çevilib və fırlanma vəziyyətinə gətirilib.

Xoşbəxtlikdən peyk uçuş dinamikası alqoritmlərini düzgün icra etməyi bacarıb və hədəfə doğru düzgün dönüş baş verib.

Çəmran 1 peykinin arzu olunan orbitində sıxlığın olması səbəbindən hər hansı bir zədələnmədən qaçmaq üçün orbital manevrin icrası yüksək dəqiqliklə və idarə olunan şəkildə həyata keçirilib.

Bu peyk proqnozlaşdırılan manevrləri yüksək dəqiqliklə və böyük uğurla icra etməyi bacarıb.

Peykdən alınan məlumatlara əsasən, ilkin enjeksion anında peykin ilkin hündürlüyü 550 km-ə yaxın olub və peykin hazırkı hündürlüyü isə 540 km-ə çatıb.

Peykin istifadə müddətində çoxlu orbital manevrlərin icrasından əlavə, peykdən kosmik tədqiqatçılar üçün orbitdə laboratoriya platforması kimi istifadə etmək olar.

Qeyd etmək lazımdır ki, “Çəmran 1” tədqiqat peyki Sentyabrın 14-də “Qaim 100” peyk daşıyıcısı vasitəsilə uğurla kosmosa göndərilib və yerdən 550 km uzaqlıqdakı orbitdə yerləşdirilib.

Çəmran 1 peyki orbital manevr texnologiyasının sübutu üçün aparat və proqram sistemlərinin sınaqdan keçirilməsi kimi missiyaları yerinə yetirir. Həmçinin soyuq qaz hərəkəti altsisteminin qiymətləndirilməsi, naviqasiya altsistemlərinin performansı və vəziyyətə nəzarət bu peykin digər hədəflərindəndir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir