İranın elm təməlli şirkətlərindən biri 26-cı Çin Beynəlxalq Qabaqcıl Texnologiyalar Sərgisinin (CHTF 2024) xüsusi nişanını qazanıb.
Xarici KİV-in verdiyi məlumata görə, bu elm təməlli şirkətin nümayəndəsi Almaniya, Maleziya, Sinqapur, Avstraliya və Çindən olan digər beş şirkətin nümayəndələrinin kənarında bu beynəlxalq sərginin təşkilat komitəsinin xüsusi nişanını əldə edib.
Şərif Sənaye Universitetinin Elm və Texnologiya Parkında yerləşən və ölkədə yeganə server istehsalçısı olan bu şirkət öz məhsullarını, o cümlədən server, sənaye kompüterlərini, yüksək tezlikli çox qatlı elektron lövhələri təqdim etməklə Çinin Qabaqcıl Texnologiyalar Sərgisində iştirak edib.
Hər il Çinin informasiya texnologiyaları mərkəzi olan Şençjen şəhərində beynəlxalq sərgilərin keçirildiyi yerdə keçirilən bu sərgi texnologiya sahəsinin ən böyük tədbirlərindən biridir. Bu sərgi rabitə və informasiya texnologiyaları, süni intellekt, Əşyaların İnterneti və qabaqcıl texnika üzərində mərkəzləşmiş bir tədbirdir.
Robot və sübi intellekt, informasiya texnologiyaları və böyük məlumatlar, qabaqcıl texnikaların istehsalı, ağıllı şəhər, yarımkeçirici ekranlar, ağıllı kənd təsərrüfatı və rəqəmsal kənd, nəqliyyat innovasiyası və göndərilənlərin təhvil alınması 26-cı Çin Beynəlxalq Qabaqcıl Texnologiyalar Sərgisinin əsas mövzularından olub.