Dərman istehlakının vaxtını müəyyən etmək üçün ən yeni üsul

İranlı mütəxəssislər yerli bilikdən istifadə etməklə ilk dəfə Əşyaların İnterneti ilə dərmanların yararlılıq müddətini diaqnozlaşdıra bilən cihaz istehsal ediblər.

Əczaçılıq sənayesində fəaliyyət göstərən insanlar dərman testinin əhəmiyyətindən xəbərdardırlar. Dərmanın keyfiyyətində dəyişiklik yaradan amilləri sınaqdan keçirməklə şirkətlər bir məhsulun xüsusi şəraitdə saxlanılma müddətini və həmçinin dərmanın qalıcılıq müddətini təyin edə bilərlər. Dərman və peyvəndlərin müxtəlif ekoloji mühitlərdə dayanıqlığının araşdırılması temperatur və rütubət test kameraları vasitəsi ilə həyata keçirilir. Əczaçılıq sənayesində bu cihazın köməyi ilə real ekoloji şərait simulyasiya edilərək dərmanların yararlılıq müddəti diaqnozlaşdırılır. Bu cihazların xarici nümunəsi bir müddətdən sonra fəaliyyətdən düşür və sanksiyalar səbəbilə lazımı hissələrin İrana gətirilməsinə imkan yox idi.

İranın yerli elm təməlli şirkətlərindən biri texnologiya və tədqiqat vasitəsi ilə bu avadanlıqların bir növünü hazırlamağa nail olub. Bu cihaz Əşyaların İnterneti ilə təchiz edilib və bütün sənayelərdə istifadə olunma qabiliyyətinə malikdir. Bu cihaz hal-hazırda Oman, Əfqanıstan və İraqa da ixrac edilib.

Şirkətin baş direktoru Hadi Şəbnəmzadə verdiyi müsahibədə deyib: Temperatur və rütubət test kameralarının əczaçılıq, kənd təsərrüfatı, maşınqayırma, gəmiqayırma, təyyarə hissələri sənayelərində və temperatur və rütubət testlərinə ehtiyac olan hər bir yerdə istifadə qabiliyyəti var.

O, sözlərinin davamında bildirib: Ölkəyə idxal olunan kameralar bir müddətdən sonra fəaliyyətdən düşürdü və sanksiyalara görə cihazın ehtiyat hissələrini ölkəyə gətirə bilmirdik. Brendimiz tədqiqat mərkəzlərinə daxil oldu. Mütəxəssislər bu məhsulun çox yaxşı xidmətlərlə İranda istehsal olunduğunu gördülər və nəticədə, onu almaq üçün rəğbət yarandı. İndi bu cihazı Oman, Əfqanıstan və İraqa da ixrac edirik.

O, sözlərinin davamında deyib: Biz ilk olaraq bu texnologiyanı tərs mühəndislikdən başladıq və yeni texnoloji bilikləri ona əlavə edərək onu xarici nümunələri ilə rəqabət aparmaq, hətta daha yuxarı səviyyəyə qaldırdıq. Çünki o, Əşyaların İnterneti ilə təchiz olunub və istifadəçi evindən ona qoşula bilər. Bizim məhsulun hissələrinin 20%-i idxal olunur, amma texnologiyası lokallaşdırılıb və biz ona yeni yeniləmələr əlavə etmək niyyətindəyik.

Şəbnəmzadə bu məhsulların istifadəsi barədə bildirib: Avtomobil istehsalçıları müəyyən sınaqları həyata keçirməlidirlər və bütün bu sınaqlar ekoloji şərait kameralarında baş tutmalıdır. Aviasiya səyesində təyyarənin hissələri bu kameralar vasitəsi ilə sınaqdan keçirilməlidir. Həmçinin kənd təsərrüfatı sənayesində yeni bilikləri və qida maddələrinin təhlükəsizliyi ilə bağlı mühüm məsələni nəzərə alaraq ənənəvi üsullarla qida maddələri istehsal etmək olmur.

O, əlavə olaraq deyib: Məsələn, 500 kq məhsul verən qoz ağacının toxuması bu cihazların içərisinə yerləşdirilir. Onların daxilində nəzərdə tutulan mühitin temperatur şəraiti ilə böyüyür və istixana daxilində çoxaldılır; bu nümunələrin qeydiyyat kitabçaları var. Fermer onu əkdikdən 5-6 il sonra ağac 500 kq, hətta daha çox məhsul verir. Çünki cihazlar geni genomla gücləndirirlər. Bu, daha çox məhsuldarlıq deməkdir və buna ölkədə ehtiyac var.

Şəbnəmzadə bu avadanlıqların əczaçılıq sənayesindəki istifadəsinə toxunaraq qeyd edib: Bu sənayedə ekoloji şərait testləri həyata keçirilməlidir. Çünki istehsal olunan dərman istər Bəndər-Abbas olsun, istərsə də Rəşt bütün ekoloji və temperatur şəraitində istifadə olunmalıdır. Bu kimyəvi maddələrin bəzi ekoloji şəraitdə rekasiya verməsi mümkündür. Buna görə də, müxtəlif ekoloji şəbəkələrdə testdən keçirilməlidir.  

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir