İranın elm təməlli şirkətlərindən birinin mütəxəssisləri nanodərman hazırlamaqla xərçəngin müalicəsi üçün yeni perspektiv yaradıb və ölkənin xarici dərmanlara olan bağlılığının azaldılmasına əhəmiyyətli dərəcədə kömək ediblər.
Nanotexnologiyanın dəyərli nailiyyətlərindən biri xərçəng xəstələrinin nəzarəti və müalicəsi üçün müxtəlif növ nanodərmanların hazırlanmasıdır. Bu nanodərmanlardan birinin adı “SinaDoxosome”-dir. Bu dərmanın oxşarı Amerika şirkətlərindən biri tərəfindən istehsal və çox yüksək qiymətlə bazara çıxarılırdı. İndi isə İranın elm təməlli şirkətlərindən birinin mütəxəssislərinin səyləri nəticəsində bu dərman lokallaşdırılıb.

Şirkətin baş direktoru Əhməd PurƏhədi bu dərmanın antitümör dərman kimi xüsusi növ xərçənglərin müalicəsində vacib rol oynadığına toxunaraq deyib: Bu dərman metastatik döş xərçənginin müalicəsində, xüsusən də təhlükəli amillər səbəbilə ürək problemləri ilə üzləşən xəstələr üçün istifadə olunur. SinaDoxosome inkişaf etmiş yumurtalıq xərçənginin müalicəsində də təsirlidir və o, xərçəng hüceyrələrinin inkişafı və genişlənməsinin azalmasında mühüm müalicə variantı kimi əməl edir.
O, əlavə olaraq bildirib: Bu dərman həm də QİÇS xəstəliyinə tutulmuş xəstələrdəki Kaposi sarkomasının müalicəsində effektiv həll yolu kimi istifadə olunur. Bu məhsulda xərçəng hüceyrələrini seçilmiş şəkildə məhv etmək qabiliyyətinə malik olan element var. Bu dərmanın tərkibində mövcud olan doksorubisin hidroxlorid kiçik yumru liposom örtükləri ilə əhatə olunub.
O, həmçinin qeyd edib ki, bu innovativ məhsul xərçəng xəstələrinə və xüsusən də QİÇS xəstəliyinə yoluxmuş insanlara yeni ümid bəxş edə bilər. Çünki onlara səmərəli və daha az yan təsirli bir müalicəni təcrübədən keçirmə imkanı yaradır.
PurƏhədi dərmanın istifadə qaydaları barəsində deyib:SinaDoxosome–nin venadaxili infuziya yolu ilə qəbuluna icazə verilir və onun dozası xəstənin vəziyyətindən, müalicənin növündən asılı olaraq dəyişir. Döş və yumurtalıq xərçənginin müalicəsində adətən hər dörd həftədən bir 50 mq doza məsləhət görülür.
Elm təməlli şirkətin baş direktorunun sözlərinə görə, illik olaraq 20 min ədəd SinaDoxosome istehsal olunur ki, bu da ölkənin ehtiyacını tamamilə aradan qaldırır.
O, sözlərinin davamında son nailiyyətlərə işarə edərək deyib: Bu elm əsaslı məhsul təkcə ölkə daxili ehtiyacı ödəməklə kifayətlənmir. Bizim əsas məqsədimiz İranın nanodərmanlar brendini dünya bazarlarında sabitləşdirmək və oxşar beynəlxalq məhsullarla rəqabət aparmaqdır.
PurƏhədi şirkətin ixracat uğurları barəsində də məlumat verərək bildirib: İndiyə qədər Suriyaya dərman ixrac etməyə nail olmuşuq və cari ilin sonuna (şəmsi tarixi ilə) İraqa 7 min dərmanın ixrac edilməsi planlaşdırılır.
O, sonda nanodərmanların rəqabət qiymətinə işarə edərək bildirib: Bu dərmanın beynəlxalq nümunə qiyməti 65 dollar və yerli nümunənin qiyməti isə (sığorta tarifi nəzərə alınmadan) 750 min tüməndir (təxminən 13,5 dollar). Bu səviyyədə istehsal təkcə xərçəng xəstələrinin ehtiyacını təmin etmir, həm də ölkənin oxşar dərmanların idxalına olan bağlılığını azaldır və valyuta xərclərində əhəmiyyətli dərəcədə qənaətə səbəb olur.