İranın elm təməlli şirkətlərindən birinin mütəxəssisləri diabetik ayaq yaralarının və yanıqların müalicəsi üçün epidermal böyümə faktoru olan dərmanı lokallaşdırmağa nail olublar.
Xarici KİV-in verdiyi məlumata görə, İranın elm təməlli şirkətlərindən biri ölkədə ilk dəfə olaraq diabetik ayaq yaralarının və yanıqların müalicəsi üçün hər bir ədəddə təxminən 25 milyon tümən valyuta qənaəti gətirən dərmanı lokallaşdırmağa müvəffəq olub.
Şirkətin baş direktoru Fəhimə Məhəmmədhüseyni şirkətin ən yeni elm təməlli məhsulu barəsində deyib: Biz ölkədə ilk dəfə olaraq “Bernamin” dərmanını (epidermal böyümə faktoru) hazırlamağa nail olmuşuq. Bu dərman diabetik ayaq yaralarının, eləcə də 3-cü 4-cü dərəcəli yanıqların müalicəsi üçündür.
O, həmçinin deyib: Bu məhsulun əsas komponenti epidermal böyümə faktorudur. Bu böyümə faktoru əsasən yaranın bərpası və epidermal hüceyrələrin çoxaldılması üçün istifadə edilir. Epidermis bədənin bütün yaraların bərpası üçün ehtiyac duyduğu bir amildir. Təbii ki, bu böyümə faktoru təbii şəkildə bədəndə mövcuddur. Amma bədən yaralandığı zaman yara sahəsinin pH-ı dəyişir və epidermis istehsalının miqdarı azalır. Buna görə də, əgər kənardan böyümə faktoru əlavə edilərsə, yaranın bərpası sürətlənir.
Məhəmmədhüseyni sözlərinin davamında deyib: Bu məhsulun lokallaşması ilə əhəmiyyətli dərəcədə valyuta qənaətindən əlavə, bu məhsulun xarici oxşar nümunəsi əsasən ölkəyə gətirilməyib. Bu məhsulun əsas istehsalçısı Kubadır, amma Hindistan və digər ölkələrin də buna oxşar nümunələri var. Bizim Borna Dərman Şirkətində hazırladığımız dərman keyfiyyət baxımından onlar kimidir.
O, əlavə olaraq bildirib: Bernamin dərmanı enjeksiyon və topical formada istehsal olunur. Biz onun topical formasını sənaye istehsalı mərhələsinə çatdırıb, ölkənin dərman bazarına çıxarmışıq. Bu dərmanın ekjeksiyon forması isə Qida və Dərman Təşkilatına göndərilmə mərhələsindədir.