İranın elm təməlli Kimia Kalai Razi şirkətinin məhsulu olan Amoronic Amorolfine 5% Dırnaq lakı, göbələk dırnaq infeksiyaları üçün effektiv və uzunmüddətli müalicəni təmin edir.
Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat üzrə müavliyinin Kommunikasiya və Məlumat Mərkəzinə istinadla verdiyi məlumata görə, “Kimia Kalaye Razi” şirkəti nanoteknologiyalı dərman lakı olan “Amoronic”in bazara çıxarıldığını elan edib. Bu dərman nanoteknologiya vasitəsilə dırnaq səthində dərmanın tədricən buraxılmasına imkan yaradır və dırnaq göbələyi infeksiyalarının (onixomikoz) müalicəsi üçün effektiv bir vasitə kimi təqdim olunur.
Onixomikoz – xüsusilə diabet xəstələri və immun sistemi zəif olan şəxslərdə geniş yayılmış dırnaq göbələyi infeksiyası – ətraf mühit amilləri və uyğun olmayan ayaqqabılardan istifadə ilə daha da şiddətlənir. Amoronic göbələklərin həyati fermentlərini bloklayaraq sterol istehsalını dayandıran və beləliklə xəstəlik törədicisini məhv edən 5% amorolfin adlı təsiredici maddə ehtiva edir. Dərmanın dırnaq strukturuna nüfuz etməsi ilə bağlı çətinliklərə görə, Amoronic dərmanı davamlı şəkildə dırnağın içinə ötürən ağıllı mikropolimerlərdən istifadə edir. Bu xüsusiyyət, dərmanın təsirini artırır və infeksiyanın yenidən yaranma ehtimalını azaldır.
İstifadədən sonra Amoronic dırnaq üzərində şəffaf və rəngsiz bir qat əmələ gətirir ki, bu da yuyulmaya qarşı davamlıdır. Hər qablaşdırmaya bir flakon məhlul, dırnaq üçün pilə və tətbiqetmə çubuğu daxildir. İstifadə qaydası, yoluxmuş dırnağın pilə ilə təmizlənməsi, spirtlə dezinfeksiya olunması və daha sonra tətbiqetmə çubuğu ilə lakın dırnağa çəkilməsindən ibarətdir. Müalicə müddəti əllərin dırnaqları üçün təxminən 6 ay, ayaq dırnaqları üçün isə 9-12 ay tövsiyə olunur.
Bu məhsulun xarici analoqu dünya bazarlarında təxminən 35 dollara satıldığı halda, Amoronic iranlı xəstələr üçün bunun yeddidə birindən də ucuz qiymətə əlçatandır. Bu, müalicə xərclərini azaltmaqla yanaşı, yerli istehlakçılar üçün keyfiyyətli dərmana çıxışı da təmin edir.
Amoronic-in istehsalı nanoformulyasiya olunmuş dərmanların yerli istehsalında mühüm dönüş nöqtəsi sayılır və hazırda bu məhsul apteklərdə satışa çıxarılıb.