Dünya Karate Liqası/İran 3 qızıl medal əldə etməklə çempion olub

2025-ci ildə Kiprin Larnaka şəhərində keçirilən Dünya Liqasının A Seriyasının ikinci mərhələsi Sadiqi, Səadəti, Nemətinin qızıl medal qazanması və İranın çempion olması ilə sona çatıb.

Kiprin Larnaka şəhərinin ev sahibliyi etdiyi Dünya Karate 1 Liqası Seriya A 2025-in ikinci mərhələsi 14-16 Fevral 2025-ci il tarixində keçirilib. İranın karate təmsilçiləri bu yarışda 3 qızıl medal qazanmağa müvəffəq olublar.

İran karateçiləri medal qazananlar arasında ən çox qızıla sahib olub və çempion adının qazanıblar.

Dünya Karate 1 Liqasının birinci mərhələsi isə Gürcüstanda keçirilmiş və İran komandası 6 qızıl, 1 gümüş və 5 bürünc medal əldə edərək çempion olmuşdu.

Qadınlar üzrə fərdi katan nümayəndəsi Fatimə Sadiqi Almaniya, Avstraliya, Macarıstan, Fransa və Misir təmsilçilərinin öhdəsindən gələrək finala çıxıb. O, finalda Yaponiyadan olan Sasara Equçi (41.50) üzərində 42.10 üstünlüklü qələbə ilə qızıl medala sahib olub.

55 kq-da yarışan Fatimə Səadəti əvvəlcə Belçikadan olan rəqibini məğlub edib. O, daha sonra yunanıstanlı, serbiyalı və bosniyalı təmsilçilər üzərində də qələbə qazanmaqla yarım finala yollanıb. Səadəti yarım finalda yaponiyalı rəqibini 8-0 hesabı ilə mağlub edərək finala vəsiqə qazanıb. O, final görüşündə yaponiyalı Ruan Mukai üzrəində 5-2 hesablı qələbə ilə qızıl medala layiq görülüb.

75 kq çəkidə yarışan İranın digər təmsilçisi Mürtəza Neməti İtaliya, Portuqaliya, Öbəkistan və Qazaxıstandan olan rəqiblərini məğlub etməyi bacararaq yarım final mərhələsinə çıxıb. O, bu mərhələdə erməni təmsilçisi üzərində 9-6 hesabı ilə qələbə qazanıb və finala yollanıb. Neməti finalda rusiyalı Ernest Şerfotdinoyanı 1-0 məğlub edərək çempion olub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir