Elm təməlli şirkətlərdən birinin texnoloqları süni intellekdən istifadə etməklə elektrik istehlakının həcminin azalmasına səbəb olan bir məhsul istehsal etməyə müvəffəq olublar.
İranda elektrik çatışmazlığı elektrik istehlakının azaldılması və ona qənaət edilməsinin çox əhəmiyyətli olduğunu göstərir. Buna görə də, iranlı texnoloqlar elektrik istehlakını ağıllı şəkildə izləməklə, istifadəçilərə optimal model təqdim edən bir məhsul hazırlayıblar.
İran bu cihazın istehsalına dair texniki bilikləri lokallaşdırmaqla, dünyada bu məhsulun ikinci istehsalçısı olub.
Elm təməlli şirkətin baş direktoru Səidə Abdullahinin sözlərinə görə, bu məhsulun dünyada yalnız bir nümunəsi Amerikada var. Yerli nümunə xarici nümunəsindən onda bir dəfə aşağı qiymətə təqdim olunur.
Fəal texnoloq Əkbəriyan elektrik istehlakını azaltmaq üçün bu biliyə əsaslanan məhsul barəsində deyib: “Bu ağıllı cihaz evin miniatür qoruyucu qutusunun içərisinə quraşdırılır və istifadəçinin elektrik istehlakı həcmini hesablayıb, onlayn şəkildə bizim serverlərə göndərir.
Süni intellekt vasitəsi ilə istifadəçilərə istehlak məlumatlarını və optimal istehlak modelini təqdim etməklə, onların istehlak həcmini azaldır və bir növ elektrik istehlakını smartlaşdırır.”
Əslində, məlumatlar göndərildikdən sonra azu edilən istehlaka çatmaq üçün süni intellekt texnologiyasından istifadə edilir.
Bu milli nailiyyətin istifadə edilməsi illik elektrik istehlakının azaldılmasına və elektrik qənaətinə əhəmiyyətli dərəcədə kömək edəcək.