İranın Yunan-Roma güləşi üzrə milli komandasının güləşçisi azərbaycanlı rəqibini məğlub edərək, Dünya Ümidlər Çempionatı yarışlarının 55 kq çəki dərəcəsində qızıl medal qazanıb və dünya çempionu olub.
İranın Yunan-Roma güləşi üzrə milli komandasının 55 kq-da yarışan milli geyimli güləşçisi Əli Əhmədivəfa Dünya Ümidlər Çempionatında Azərbaycandan olan rəqibi üzərində qələbə qazanaraq, bu çəkidə qızıl medal əldə edib.
İlk turda rəqibsiz növbəti mərhələyə keçən Əli, ikinci görüşdə ukraynalı İvan Stefanskini 8-0 hesabı ilə məğlub edərək yarşların ¼ finalına yüksəlib.
Əhmədivəfa bu mərhələdə də Rusiyadan olan Adam Olbaşevə 7-1 hesabı ilə qabil gələrək yarım finala yollanıb. O, bu mərhələdə Vişvajit Mori qarşında 14-5 hesablı qələbə ilə finala vəsiqə qazanıb.
Bu iranlı güləşçi final mərhələsində isə azərbaycanlı Rəşad Məmmədovu 11-3 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.