İranın Xürrəmabad şəhərindən olan bir gənc əlillərin, gücsüz insanların və xüsusi xəstələrin həm bir yerdən başqa yerə getməsini və həm də tualet ehtiyacını ödəməsini asanlaşdırmaq üçün innovativ bir ixtira qeydə alıb.
Arif Yar Əhmədi tibbi və laboratoriya avadanlıqları sahəsində iki ixtiraya malik olan xürrəmabadlı bir gəncdir.

Bioinformatika və tətbiqi biologiya sahələrində fəaliyyət göstərən bu tədqiqatçı və fəal ixtiraçının 28 yaşı var. O, Azad Universitetinin Xürrəmabad filialının mikrobiologiya üzrə magistr pilləsinin məzunudur.
O, indiyə qədər bitki və kimyəvi birləşmələrin xərçəng, diabet, korona xəstəliklərinin müalicəsi də daxil olmaqla, müxtəlif fermentlərin inhibəsindəki təsirlərinin araşdırılması sahəsində çoxlu məqalələr dərc edib.
Yar Əhmədinin nailiyyətlərindən biri 2023-cü ildə keçirilən Türkiyənin CAMFEST ixtira və innovasiya festivalında birinci yeri tutmasıdır.
O, tədqiqat fəaliyyətləri ilə yanaşı, “Kolon xərçəngində probiotiklərin rolu” adlı kitab yazıb və yeni nanokompozit maddələrin inkişafı sahəsində də fəaliyyət göstərib. Həmçinin onun məqalələri çox sayda ölkədaxili və beynəlxalq konfranslarda təqdim olunub və nüfuzlu jurnallarda dərc edilib.
O, bundan əlavə, laboratoriya avadanlıqları sahəsində elektrik enerjisi istifadə etməyən və çox yüngül olan “sınaq boruları üçün maqnit çalxalayıcı” adlı bir ixtira qeydə alıb.
Yar Əhmədi bildirib: Ürəyim ölkənin elm şəhidlərinin, o cümlədən “Əli Zeynuddin” və “Tehrani Müqəddəm”-in yolunu davam etdirmək və ölkəmin inkişafı üçün bir addım atmaq istəyir.