Elm təməlli 3 məhsulun təqdimatının keçirilməsi

Prezident yannıda Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat üzrə müavininin iştirakı ilə İnotex 2025 sərgisində “İrəliləyişin Pionerləri” pavilyonunda ilk dəfə istehsal olunan və biliyə əsaslana 3 məhsulun təqdimatı keçirilib.

Bu məhsullar Elmi və Texnoloji Köməkçilər Ofisinin dəstəyi və “İlk dəfə istehsal” proqramı çərçivəsində kommersiyalaşdırma mərhələsinə çatdırılıb və bunlara “məlumatların emalı və yadda saxlanması server”, “qaz turbinlərinin ağıllı performans monitorinq sistemi”“sənaye elektrik qızdırıcısı” daxildir.

Ölkə daxilində istehsal olunan server vasitəsilə məlumatların emalı və saxlanması

Şərif Texnologiya Universitetinin Elm və Texnologiya Parkında yerləşən elm təməlli bir şirkət qabaqcıl avadanlıqların dizaynı və istehsalına fokuslanaraq, ilk dəfə olaraq məlumatların emalı və yadda saxlanması serverini xüsusi dizaynla yerli şəkildə istehsal edib və milli səviyyədə lokallaşdırıb.

Fiziki aktivlərin ağıllı performans idarəetməsi

2009-cu ildən qaz turbinlərinin dizaynı və istehsalı sahəsində fəaliyyət göstərən m təməlli bir şirkət “TurboAPM” sistemini təqdim etməklə İnotex 2025 sərgisində iştirak edib. Bu məhsul “İrəliləyişin Pionerləri” pavilyonunda Hüseyn Əfşinin iştirakı ilə təqdim olunub. “TurboAPM” qaz turbinlərinin real vaxt rejimində performansının, vibrasiyasının, xidmət müddətinin və nasazlıqlarının monitorinqi üçün kompleks bir proqram və avadanlıq həllidir. TurboAPM inteqrasiya olunmuş məlumat idarəetməsi və dəqiq hesabat imkanları ilə neft, qaz, neft-kimya, polad və mədən sənayelərində geniş tətbiq sahəsinə malikdir.

Sənayenin elektrik qızdırıcılarına olan ehtiyacının ödənilməsi

Məhsulunu rəsmilər qarşısında təqdim edən üçüncü bilik əsaslı şirkət İranda istilik avadanlıqlarının istehsalında qabaqcıl şirkətlərdən biri hesab olunur və bu sahədə fəaliyyətinə 1980-ci ildən başlayıb. Şirkətin bu il İnotex sərgisində təqdim etdiyi məhsul isə “flanşlı sənaye elektrik qızdırıcısı”dır.

Bu qızdırıcı yüksək istilik cəmlənməsi, dəqiq temperatur nəzarəti və təhlükəli mühitlərdə təhlükəsizliyi ilə xüsusilə neft, qaz və neft-kimya sənayesində geniş tətbiq sahəsinə malikdir və ən çox istifadə olunan istilik avadanlıqlarından biri hesab olunur.

Bu bilik əsaslı şirkət qabaqcıl qoruyucu protokollardan istifadə etməklə bu növ qızdırıcıların müxtəlif modellərini istehsal edib və kommersiyalaşdırıb.

İran Beynəlxalq İnnovasiya Bölgəsinin verdiyi məlumata əsasən, XIV Beynəlxalq İnnovasiya və Texnologiya Sərgisi – İnotex 2025, 29 Aprel-2 May tarixlərində İran Beynəlxalq İnnovasiya Bölgəsində, Pərdis Texnologiya Parkında keçirilib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir