Elm təməlli şirkətlərin Malayziya Halal Sənaye Sərgisindəki iştirakı

Beynəlxalq Elmi və Texnoloji Əməkdaşlığın İnkişafı Təşkilatının dəstəyi ilə İranın elm təməlli şirkətləri Cənub-Şərqi Asiyanın ən böyük iqtisadi tədbirlərindən birində ölkənin texnoloji imkanlarını nümayiş etdirmək üçün Malayziya Beynəlxalq Halal Sənaye Sərgisində iştirak edəcəklər.

Xarici KİV-n Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat üzrə Müavinliyinin Kommunikasiya və İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, 21-ci Malayziya Halal Sənaye Sərgisi 17-20 Sentyabr 2025-ci il tarixləri arasında keçiriləcək və İranın elm təməlli şirkətləri bu sahədə qida, tibb və səhiyyə sahəsində fəal iştirak edəcəklər.

Cənub-Şərqi Asiyada halal sənayesinin ən mühüm ixtisaslaşdırılmış toplantılarından biri hesab edilən bu sərgi qida və içki sənayesi, əczaçılıq və səhiyyə, halal turizm, halal tədarük zənciri və daşıma, qablaşdırma və müvafiq standartların hazırlanması kimi sahələrdə ölkənin texnoloji imkanlarının təqdim edilməsi üçün platforma yaradır.

İranın elm təməlli şirkətlərinin bu sərgidə iştirakı milli nailiyyətləri təqdim etməklə bərabər, geniş beynəlxalq qarşılıqlı əlaqələrə və texnoloji məhsulların ixrac bazarının inkişafına zəmin yaradacaq.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir