İran güləşçisi Dünya Güləş Federasiyasının rəsmi səhifəsində keçirilən sorğunun ardınca dünyanın ən populyar güləşçisi olub.
Xarici KİV-in verdiyi məlumata əsasən, Əmir Hüseyn Zare Dünya Güləş Federasiyasının rəsmi Instagram səhifəsindəki sorğudan sonra finalda rusiyalı Əbdür-Rəşid Sədullayev üzərində qələbə qazanaraq UWW Instagramda dünyanın ən populyar güləşçisi olub.
Sərbəst güləş üzrə 125 kq-da yarışan milli geyimli Zare 2024 Paris Olimpiyadasında ikinci yeri qazanıb.
